Dünya xəbərləri


Dünya üzrə sənayə müəssisələrinin təxminən 40%-i kibertəhlükəsizliyin təmin edilməsini rəqəmsallaşma şəraitində ən əsas vəzifə
25.04.2025

Əsas risklərə yetərsiz təhlükəsizlik tədbirləri, sənaye kibertəhlükəsizliyini təmin etmək üçün resurs çatışmazlığı, həmçinin İT və OT sistemlərinin tənzimləmə tələbləri və inteqrasiyası ilə bağlı çətinliklər daxildir.

Kaspersky və beynəlxalq tədqiqat təşkilatı “VDC Research” tərəfindən “GITEX Asia 2025” sərgisində “İxtisaslaşdırılmış həllərlə sənaye təhlükəsizliyinin təmin edilməsi”* adlı birgə tədqiqat təqdim edilib. Tədqiqatda sənaye nəzarəti sisteminin (ICS) kibertəhlükəsizliyinin mövcud vəziyyətinin təhlili yer alır, dünya üzrə sənaye təşkilatlarına təsir edən əsas texnologiya və biznes tendensiyaları təsvir olunur və yaranan problemlərin həlli üçün tətbiq edilən ən yaxşı təcrübələri sadalanır.

Dünyada sənaye müəssisələrinin demək olar ki, üçdə biri (31%)* texnoloji proseslərin avtomatlaşdırılmasından geniş istifadə etmir və ya konkret vəzifələri yerinə yetirmək üçün onun tətbiqinə yenicə başlayır. Təşkilatların təxminən dörddə biri (23%) rəqəmsal həllərdən istifadə edir, lakin yüksək avtomatlaşdırma səviyyəsi hələ də əlçatan deyil. Rəqəmsallaşmanın müxtəlif səviyyələrinə baxmayaraq, müəssisələrin əksəriyyəti (64%) yaxın iki il ərzində “tam rəqəmsallaşma” mərhələsinə çatmağı planlaşdırır və bunun üçün müvafiq texnologiyaların tətbiqini proaktiv və davamlı şəkildə genişləndirməyiplanlaşdırır.

Bununla belə, OT sistemlərinin qoşulması ilə bağlı kiberrisklər rəqəmsal transformasiyanın faydalarını üstələyə bilər. Respondentlərin üçdə birindən çoxu (39%) onları texnologiyanın sənayedə tətbiqinə təsir edən potensial mənfi amillər arasında göstərib.

Ən ümumi problemlərə mövcud infrastruktur daxilində yetərsiz təhlükəsizlik tədbirləri və sənaye kibertəhlükəsizliyini təmin etmək üçün büdcə və ya kadr çatışmazlığı (hər biri 47%) daxildir. Təxminən eyni sayda respondent normativlərin gözlənilməsi (43%) və korporativ və texnoloji şəbəkələrin inteqrasiyası (42%) ilə bağlı çətinlikləri qeyd edib.

Rəqəmsal transformasiyanın effektivliyini təmin etmək üçün kibertəhlükəsizliyi unutmamaq lazımdır. Məlumatların və sistemlərin etibarlı müdafiəsinin təmin edilməməsi təşkilatların gözlənilən nəticələrdən uzaq düşmək riskini yaradır: problemlər yaranarsa, biznesin etibarı sarsıla bilər və rəqəmsallaşma prosesi dayandırıla bilər.

"Rəqəmsal texnologiyalardan istifadə və onlara inam artdıqca, informasiya təhlükəsizliyi ilə bağlı risklər də artır. Buna görə də sənaye müəssisələri üçün etibarlı təhlükəsizlik həllərindən istifadə etmək vacibdir. İşə yeni sistemlər, avadanlıqlar və yanaşmalar tətbiq etməklə, eləcə də ümumi səmərəliliyi artırmaqla bu cür alətlər ciddi pozuntulara və maliyyə itkilərinə səbəb ola biləcək potensial kiberriskləri azaldacaq", - deyəKaspersky-nin Sənaye təhlükəsizliyi üçün məhsulların inkişafı departamentinin rəhbəri AndreyStrelkov qeyd edir.

Kaspersky sənaye müəssisələrinə ixtisaslaşdırılmış sistemlərin və sənaye avadanlıqlarının mühafizəsi texnologiyalarını, habelə ekspertlərin təcrübə və biliklərini ehtiva edən platforma təklif edir. Onun əsas komponenti yerli XDR platforması ola“KasperskyIndustrialCybersecurity”dir(KICS). O, müəssisə aktivlərinin mərkəzləşdirilmişinventarlaşdırılması, təhlükənin aşkarlanması və qarşısının alınması, risklərin idarə edilməsi və mövcud arxitekturaya uyğunlaşdırılmış və prosesə minimal təsir göstərən təhlükəsizlik auditi kimi imkanları təmin edir.

Hesabatın tam versiyası ilə buradantanış ola bilərsiniz. KICS platforması haqqında ətraflı məlumatı Kaspersky-nin saytında mövcuddur.


“VDC Research” şirkəti haqqında

“VDC Research”konsaltinq və tədqiqat şirkəti 1971-ci ildə yaradılıb. Dünya üzrə texnologiya satıcılarına, son istifadəçilərə və investorlara avtomatik identifikasiya və izləmə, müəssisə mobilliyi, sənaye avtomatlaşdırılması, əşyaların interneti (loT) və daxilə quraşdırılmış texnologiyalarla bağlı məhsullar haqqında ətraflı ekspert məlumatı təqdimedir.

* Məlumatlar son bir neçə il ərzində “VDC Research” şirkəti tərəfindən aparılan sənaye kibertəhlükəsizliyiaraşdırmalarına, həmçinin müxtəlif ölkələrdən və OT və İT sahələri üzrə enerji, kommunal xidmətlər, nəqliyyat, logistika və istehsalat da daxil olmaqla fərqli sənayelərdən 250-dən çox rəhbər şəxs arasında aparılan sorğuya əsaslanır.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment