Banklar


ABA-nın fəaliyyətinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib
14.04.2025

Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətinin 35-ci və onun törəmə qurumu olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin fəaliyyətinin 25-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Türkiyə Banklar Birliyi İdarə Heyətinin sədri Alpaslan Çakar və ABA-nın prezidenti Zakir Nuriyev açılış nitqi ilə çıxış ediblər. Spikerlər maliyyə-bank sektorunun inkişaf mərhələlərindən, həmçinin bu illər ərzində əldə olunmuş mühüm nailiyyətlərdən danışıblar.

Mərkəzi Bankın sədri Taleh Kazımov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycanın bütün sahələrində inkişafın və yüksək dinamikanın təmin olunduğunu vurğulayıb. O, möhtərəm Prezidentin rəhbərliyi altında son illərdə bank sektorunun əhəmiyyətli dərəcədə inkişaf etdiyini və potensial təhdidlərə qarşı dayanıqlılığının yüksəldildiyini, eləcə də iqtisadi subyektlərin maliyyə resurslarına əlçatanlığının genişləndirildiyini diqqətə çatdırıb.

Taleh Kazımov maliyyə inklüzivliyindən danışarkən bu istiqamətdə təşəbbüslərin həyata keçirilməsində ABA-nın mühüm rola malik olduğunu vurğulayıb. O, Mərkəzi Bank ilə ABA arasında əməkdaşlığın sektorun müasirləşdirilməsinə və innovasiyaların təşviqinin genişləndirilməsinə təkan verdiyini qeyd edib.

Sədr sektorda səmərəli əməkdaşlığın qurulmasının inkişaf baxımından mühüm töhfə olduğunu vurğulayıb: “Bazar iştirakçıları ayrılıqda deyil, artıq böyük bir komanda kimi fəaliyyət göstərirlər, təbii olaraq aralarındakı rəqabəti də diqqətdə saxlayırlar. Bu sinerjiyə görə də ABA-nın və bankların rəhbərlərinə öz təşəkkürümü bildirirəm.”

Sədr maliyyə sektorunun dayanıqlı inkişafı üçün əlverişli mühitin yaradılmasına görə möhtərəm Prezident cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Tədbirdə vaxtilə Bank Tədris Mərkəzi, hazırda isə Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi kimi fəaliyyət göstərən qurumun keçdiyi inkişaf mərhələləri, Mərkəzin yalnız bank sektorunda deyil, ümumilikdə maliyyə sektorunda kadrların peşəkar inkişafı və sektorda çalışan şəxslərin bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli paya malik olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, maliyyə sektoru üçün əlamətdar olan bu tədbirdə dövlət rəsmiləri və maliyyə sektorunu təmsil edən rəhbər şəxslərlə yanaşı, ABA-nın əməkdaşlıq etdiyi xarici assosiasiya və təşkilatların nümayəndələri də iştirak ediblər.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment