Dünya xəbərləri


Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri genişləndirilir
07.04.2025

Aprelin 4-də Səmərqənd şəhərində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova ilə Özbəkistan Respublikasının Turizm Komitəsinin sədri Ümid Şadıyev arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Özbəkistan arasında mövcud turizm əlaqələrinin gücləndirilməsi perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, İpək Yolu sahəsində birgə aparıla biləcək əməkdaşlıq imkanları haqqında geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin Azərbaycan Turizm Bürosu və Özbəkistanın Milli Təbliğat Mərkəzi arasında turizm sahəsində əməkdaşlıq üzrə memorandum imzalanıb.

Memorandumu Azərbaycan tərəfindən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və Özbəkistan tərəfindən Özbəkistanın Milli Təbliğat Mərkəzinin direktoru Dilşod Murodullayev imzalayıb.

Sənəddə "İpək Yolu turları" birgə təşəbbüsü çərçivəsində turist axınını artırmaq, Mərkəzi Avropa və digər beynəlxalq bazarlarda mövqeləri gücləndirmək məqsədilə əməkdaşlıq, birgə turizm məhsullarının hazırlanması, təbliğat tədbirlərinin və B2B görüşlərinin təşkili məsələləri əksini tapır.

Səfər çərçivəsində Azadə Hüseynova ilə BMT Turizmin Səmərqənddə yerləşən Turizm Akademiyasının direktoru Dilşod Narzıkulov arasında görüş keçirilib. Görüşdə turizm təhsili sahəsində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı əməkdaşlığın inkişafı üzrə birgə addımların atılmasının vacibliyi qeyd edilib. Görüşün sonunda, həmçinin "İpək Yolu" Beynəlxalq Turizm və Mədəni İrs Universitetinə tanışlıq turu təşkil edilib.

Universitet nəzdində fəaliyyət göstərən İpək Yolu Tədqiqat Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində İpək Yolunun turizm məhsulu kimi inkişaf etdirilməsi sahəsində birgə araşdırmaların aparılması haqqında razılığa gəlinib.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment