Dünya xəbərləri


İƏT-in Turizm Komitəsinin toplantısı Azərbaycanın sədrliyi ilə keçirilib
27.02.2025

24-27 yanvar tarixlərində İran İslam Respublikasının Tehran şəhərində təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlama Şurasının 35-ci iclası çərçivəsində Turizm Komitəsinin toplantısı Azərbaycanın sədrliyi ilə keçirilib.

Tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin Aparatının rəhbərinin müavini - Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 

İclasda İƏT-in cari il üçün nəzərdə tutulan iş planı müzakirə edilib və 2025-ci ildə keçiriləcək tədbirlər siyahısı təsdiq edilib. 

Görüşdə təşkilatın “Dayanıqlı turizmin inkişafı üçün regional tədbirlər planı”na dair fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qədim İpək Yolu abidələrinin və mədəni irsinin qorunması istiqamətində müvafiq tədbirlərin təşkili, üzv dövlətlərin turizm potensialının təşkilat çərçivəsində təbliğatı üzrə müzakirələr aparılıb. 

Həmçinin təşkilat daxilində yaradılmış turizm sahəsi üzrə Məsləhətləşmə Komitəsinə üzv ölkələrdən müvafiq namizədlərin təqdim edilməsi razılaşdırılıb.

Təşkilatın cari il üçün tədbirlər planında yer alan “İƏT-in İpək Yolu İşçi Qrupunun 1-ci iclası”na Azərbaycanın ev sahibliyi etməsi təsdiq edilərək yekun təqvimə daxil edilib.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment