Dünya xəbərləri


Azərbaycan Hindistan bazarında mövqeyini gücləndirir
24.02.2025

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 24 turizm sənayesi nümayəndəsi və “Azərbaycan Hava Yolları” (AZAL) QSC ilə birlikdə Hindistanın paytaxtı Nyu-Delhi şəhərində keçirilən “SATTE 2025”də iştirak edib.

50 ölkə, 28 dövlət turizm bürosu və 2000-dən çox iştirakçının qatıldığı sərgidə Azərbaycanın milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi, ekoturizm imkanları, qış turizmi və digər mövcud turizm məhsulları haqqında ətraflı məlumat təqdim olunub.

Sərgi ziyarətçiləri üçün stenddə Azərbaycan qastronomiyasını tanıtmaq məqsədilə milli şirniyyatlar, eləcə də Azərbaycan çayı təqdim olunub, ziyarətçilərə ölkəmizin mətbəx ənənələrini daha yaxından tanımaq imkanı yaradılıb.

Azərbaycan stendini ölkəmizin Hindistandakı səfiri Elçin Hüseynli ziyarət edib.

Qeyd edək ki, Cənubi Asiyanın aparıcı turizm sərgisi “SATTE” Azərbaycan turizminin Hindistan bazarında mövqeyini möhkəmləndirmək, sənaye liderləri ilə əlaqələr yaratmaq və yeni əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün mühüm platformadır.

2025-ci ilin yanvar ayında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 17 073 nəfər təşkil edib ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 68% artımdır.

Ümumilikdə 2024-cü il ərzində Cənubi Asiya regionundan Azərbaycana səfər sayı 335 727 təşkil edib. Bu isə öz növbəsində 2023-cü illə müqayisədə 85%-dən çox artımdır.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment