Digər xəbərlər


DTA sədri Fuad Nağıyev Basqal sakinləri ilə görüşüb
06.06.2023

İyunun 5-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İsmayıllının Basqal qəsəbəsində vətəndaşların qəbulunu keçirib. Görüşdə sakinləri maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib və müvafiq tapşırıqlar verilib.

Qəbulda nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malik Basqalın turizm potensialının tanıdılması məqsədilə son dövrlərdə görülən tədbirlərin əhəmiyyəti qeyd olunub. Bərpa və yenidənqurma işlərindən sonra qəsəbəyə turistik səfərlərin sayında xeyli artımın müşahidə olunduğu, bununla əlaqədar qəsəbənin sosial-iqtisadi həyatında canlanmanın yaranmasına, turizmlə bağlı məşğulluq imkanlarının artmasına töhfə verdiyi bildirilib.

Vətəndaşlarla görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov da iştirak edib.

DTA tərəfindən Azərbaycan Respublikasının Prezidentinin “Basqal Dövlət Tarix Memarlıq Qoruğu haqqında” 2018-ci il 3 oktyabr tarixli Sərəncamından irəli gələn tapşırıqların icrası məqsədilə qoruq ərazisində turizm infrastrukturunun yaradılması üçün mərhələli şəkildə təmir, tikinti və bərpa işləri aparılıb.  

İlkin mərhələdə bazar meydanı ərazisində XVII əsrə aid tarixi hamam bərpa olunub, 7 emalatxana təmir olunub. İkinci mərhələdə bazar meydanı ərazisində qoruq üçün inzibati bina tikilmiş, ərazidə abadlıq işləri aparılmışdır. Küçələrin 1600 m-lik hissəsində divarlar, döşəmələr, qapı və darvazalar bərpa olunaraq tarixi mühitə uyğunlaşdırılıb, küçələr işıqlandırılıb, qəsəbənin girişində avtomobillər üçün dayanacaq, turizm məlumat mərkəzi tikilərək istifadəyə verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən ilin avqust ayında “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna səfər edərək burada aparılan yenidənqurma və bərpa işləri ilə yaxından tanış olublar.

Növbəti mərhələ üzrə Şeyx Məhəmməd və Hacı Bədəl məscidinin bərpası, Basqal Mədəniyyət evinin əsaslı təmiri, keçmiş məktəb binasının (çoxtəyinatlı turizm mərkəzi) əsaslı təmiri, 6 tarixi evin bərpası planlaşdırılır.

Bununla yanaşı, Basqala səfər edən turistlərin sayı artan templə davam etdiyindən, Basqal meydanından Basqal tarixi qəbirstanlığa gedən yolun abadlaşdırılaraq turizm marşrutuna əlavə olunması, Partizan Məmmədin evinin təmir olunaraq muzeyin yaradılması və digər işlər də nəzərdə tutulur.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment