Digər xəbərlər


“Həkim məsləhəti” rubrikasında ortoped-travmatoloq Dr.Müseyib Əhmədov
14.09.2020

“Həkim məsləhəti” rubrikasında ortoped-travmatoloq Dr.Müseyib Əhmədov   “Koksartroz xəstəliyinin vaxtında müayinəsi nə üçün vacibdir?” sualını cavablandırıb.

Koksartroz dayaq-hərəkət aparatı xəstlikləri arasında ən çox yayılmış xəstəlikdir. Bu xəstəliyi bud-çanaq oynağının osteoartrozu da  adlandırırlar. Koksartroz daha çox yaşlı insanlarda müşahidə olunsa da, son vaxtlar bu xəstəliyə cavanlarda da təsadüf edilir.

Koksartrozun əsas əlamətləri  bud-çanaq oynağında, budda, qasıq nahiyəsində ağrılar, axsama və oynağın hərəkətliliyinin pozulmasıdır. Vaxt keçdikcə ağrıyan ayaq qısalır, xəstə ayağın bud, baldır və sağrı əzələləri quruyur, həyat qabiliyyətini itirir. Qeyd etmək lazımdır ki, xəstəlik təzə başlayarkən ağrılar zəif olur. Adətən bu halda xəstələr həkimə müraciət etmirlər, gözləyirlər ki, ağrı öz-özünə keçəcək. Amma bu belə deyil. Ağrılar get-gedə güclənməyə başlayır. Müalicə olunmadıqda isə xəstəlik inkişaf edir və daha ağır pozulmalar baş verir.

Əgər xəstə ağrılar zəif olarkən həkimə müraciət eədrsə, koksartroz cərrahiyyə əməliyyatı olmadan da müalicə oluna bilər. Çox təəssüf ki, xəstələr bu zaman ağrılara fikir vermirlər və daha ağır pozuntularla həkimə müraciət edirlər. Daha gecikmiş mərhələlərdə bu xəstəlik yalnız cərrahi üsul olan endoprotez əməliyyatı ilə müalicə olunur. Qeyd edim ki, bu əməliyyat çox ağır əməliyyatlardan biridir, əməliyyatdan sonra bərpa dövrü də uzun və xəstə üçün çətin olur. 

Koksartrozun yaranma səbəbləri  qan dövranının pozulması, oynağın həddən artıq yüklənməsi ola bilər. Bu xəstəlik artıq çəkisi olan insanlarda baş verə bilər. Digər səbəblər kimi  mübadilə və hormonal pozulmaları,  travmalar, oynaqların iltihabını, skolioz, kifoz və yastıpəncəlik patologiyalarını, anadangəlmə bud-çanaq çıxığı və anadangəlmə displaziyaları-oynağın inkişafının pozulmaları, oturaq həyat tərzini göstərmək olar. Xəstəliyin əsas müayinə üsulu rentgendir. 

Koksartrozun müalicəsi xəstəliyin ağırlıq dərəcəsinə görə mərhələsindən asılıdır. Bu xəstəlik birinci və ikinci mərhələlərdə dərmanların köməyi ilə müalicə olunur, xəstəliyin ən ağır dərəcəsi olan üçüncü və dördüncü mərhələlərdə  isə cərrahi müalicə tətbiq edilir. Əməliyyat zamanı xəstə oynaq süni oynaqla əvəz olunur. 

Konservativ müalicə zamanı ağrısızlaşdıran və iltihabəleyhinə preparatlar, qığırdağı  bərpa edən preparatlar, fizoterapiya istifadə olunur. Koksartrozdan əziyyət çəkən insanlara üzgüçülük çox yaxşı kömək edir.

Tövsiyəm budur ki, oynaqlarınızda, sümüklərinizdə ağrı hiss edən kimi həkimə müraciət edin ki, müalicəni gecikdirmədən sağlamlığınıza qovuşasınız.


 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment