Banklar


Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov
24.06.2020

Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “Növbələri azaltmaq məqsədilə müştərilərimizə onlayn bank xidmətlərindən istifadəni tövsiyə edirik”

Son aylar ölkə ərazisində xüsusi karantin rejimi ilə bağlı bir sıra xidmət sahələrində növbələr yaranıb. İnsan kütləsinin qapalı məkanlarda toplanmasının qarşısını almaq məqsədilə müştərilər mərkəzlərə növbəli şəkildə buraxılır. Ən çox növbələrin olduğu xidmət sahələrindən biri də kommersiya banklarıdır. 

Bunun baş vermə səbəbləri, ümumiyyətlə banklarda olan vəziyyətlə bağlı ölkənin ən böyük banklarından olan Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovdan müsahibə aldıq.

- Son zamanlar pandemiya ilə əlaqədar bir sıra xidmət mərkəzlərində olduğu kimi bankların da qarşısında insan kütləsinin toplanmasını və uzun növbələri müşahidə edirik. Kapital Bank filiallarının da qarşısında olan növbələr diqqətdən kənar qalmır. Hazırki durumda, bunun başvermə səbəbini şərh etməyinizi xahiş edərdik.

- Bildiyiniz kimi cari ilin mart ayından başlayaraq, koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkədə xüsusi karantin rejimi tətbiq olunub. Bununla da bir sıra yerlər kimi, bank filiallarında da sosial məsafəyə riayət olunması, qapalı məkanlarda insan sıxlığının aradan qaldırılması və bəzən qeyri-iş günlərində, həmçinin bayramlarda filialların işləməməsi tövsiyə olunur. Qeyd edim ki, Kapital Bank ölkə üzrə 3 milyondan artıq fiziki şəxslərə və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Bankımız, həmçinin bir sıra dövlət əhəmiyyətli sosial layihələrdə tərəfdaş qismində çıxış edir. Bu sırada təqaüd kartlarını, sosial kartları, fermer kartlarını və digər ödənişləri qeyd edə bilərəm. Bankımız hazırda filial şəbəkəsinin genişliyinə görə ölkədə liderdir. Bir neçə gün əvvəl müştərilərimizin istifadəsinə verdiyimiz İnşaatçılar filialı sayca 118-ci xidmət nöqtəsidir. 

Filiallar önündə olan növbələrə gəlincə isə bildirirəm ki, ölkə üzrə olan xidmət nöqtəmizdə yalnız əməkdaşların 50%-i işə çıxır. Yəni filialda əməliyyat üzrə əvvəl təqribən 8 əməkdaş var idisə, hazırda bu sahəyə 4 əməkdaş cəlb olunub. Digər tərəfdən ölkə başçısının göstərişi ilə əhalinin işsiz təbəqəsinə, həmçinin kiçik və orta sahibkarlara birdəfəlik müavinətlərin ödənilməsinə başlanıldı. Bu sahədə də Kapital Bank digər banklardan fərqlənərək daha çox işsizə və sahibkara müavinətlərin ödənilməsində vasitəçilik etdi. Bu səbəbdən də filiallar önündə növbələr yaranıb. 

- Bəs çıxış yolunu nədə görürsünüz?

- Sadaladıqlarımla yanaşı filiallara, həmçinin valyuta alqı-satqısı, pul köçürməsi, kart və ya cari hesab açmaq, əmanət yerləşdirmək, bitmiş ödəniş kartını uzatmaq üçün gələn müştərilərimizi qeyd etmək istərdim. 50% işçi personal ilə bu əməliyyatları həyata keçirmək daha çox zaman alır və filialların önündə növbələrə səbəb olur. Biz ənənəvi bank əməliyyatları üçün filiallara gələn müştərilərə onlayn və rəqəmsal xidmətlərimizi tövsiyə edirik. Artıq müştərilər bir sıra xidmətləri BirBank tətbiqi vasitəsilə həyata keçirə bilir ki, bununla da onların filiallara gəlməyinə ehtiyac qalmır. 

- Bildiyimiz kimi hazırda, həmçinin bağlanan banklarda olan qorunan əmanətlərin ödənilməsində də Kapital bank müvəkkil bank olaraq seçilib. Bu da filiallara əlavə insan kütləsinin axını deməkdir...

- Tam doğrudur. İyun ayının 1-dən başlayaraq Bakı şəhəri üzrə AtaBank və Amrahbank-da qorunan əmanəti olanlar məhz Kapital Bank vasitəsilə ADİF tərəfindən ödənilən vəsaitlərini geri alıblar və hazırda da bu proses davam edir. Bugünkü qanunvericilik tələblərinə uyğun təəssüf ki, bu prosesi rəqəmsal müstəviyə keçirmək hələ ki, mümkün deyil. Lakin bu tip layihələr üçün rəqəmsal kanallardan istifadə, vəsaitin digital kart vasitəsilə geri qaytarılması fəal müzakirə olunan mövzulardandır. 

Filiallarımızın önündə olan növbələrə gəlincə isə, bu növbələr Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tənzimlənir. Bundan başqa vətəndaşların sosial məsafəyə riayət etmələri üçün filialların qarşısında xüsusi nişanlar qoyulub və bu işlər hazırda da aparılır. Ümid edirik ki, tezliklə ölkədə olan xüsusi karantin rejimi bitəcək və biz əvvəllər olduğu kimi öyrəşdiyimiz iş şəraitinə qayıdacağıq.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment