Noyabrın 13-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İSİN kodunun verilmə tarixi 2025-ci il 24 sentyabr
Qiymətli kağızın İSİN kodu AZ0201120034
İstiqrazın növü kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın nominal dəyəri 100,00 (bir yüz) manat
Qiymətli kağızın miqdarı 500.000 (beş yüz min) ədəd
Məcmu nominal dəyəri 50.000.000,0 (əlli milyon) manat
Kupon dərəcəsi 6,5%
Tədavül müddəti 720 gün
Kupon ödənişləri 2026-cı il 30 mart, 2026-cı il 30 sentyabr
2027-ci il 30 mart, 2027-ci il 30 sentyabr
Əsas məbləğin ödəniş tarixi 2027-ci il 30 sentyabr
Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.