Digər xəbərlər


Ölkəmizdə ilk dəfə keçiriləcək “Data, ERP və Süni İntellekt Zirvəsi”nə son 10 gün!
11.11.2025

20 noyabr 2025-ci il tarixində Gülüstan Sarayında ölkəmizdə ilk dəfə “Data, ERP və Süni İntellekt Zirvəsi” baş tutacaq.

Zirvə, Azərbaycanın rəqəmsal transformasiya prosesində yeni trendləri, innovativ həlləri və əməkdaşlıq imkanlarını bir araya gətirəcək. Tədbir süni intellekt, data analitikası və ERP sistemlərinin biznes və idarəetmədə necə real fərq yaratdığını göstərməyi hədəfləyir.

Zirvə “Arter”, “Facemark”, “Handex” və “Human Development Center” şirkətlərinin birgə təşkilatçılığı, “LOGO” şirkətinin baş sponsorluğu, “Başkent” Restoran və Şirniyyat Evinin, eləcə də “Insure.az” şirkətinin sponsorluğu ilə həyata keçirilir. 

“Data ilə Gələcək” konsepti ilə keçirilən zirvə, Azərbaycanın qlobal texnologiya bazarında rəqabət qabiliyyətini artırmaqla yanaşı, innovasiya ekosistemində yeni imkanların yaradılmasına da töhfə verəcək. Zirvə həm dövlət, həm də özəl sektorun təmsilçilərini bir araya gətirərək, bu sahədə təcrübə və ideya mübadiləsi üçün geniş imkan yaradacaq.

Tədbir çərçivəsində iştirakçılara həm mütəxəssislərlə birbaşa şəbəkələşmə, həm də data, ERP və süni intellekt sahəsində ən son təcrübələri öyrənmə imkanı yaradılacaq. Panel müzakirələri ilə yanaşı, iştirakçılar həmçinin şirkətlərin təqdimat guşələrində innovativ məhsul və xidmətlərlə tanış ola biləcəklər.

Zirvə boyunca üç əsas panel müzakirəsi keçiriləcək:

“Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ” – süni zəkanın ölkəmizdəki inkişaf mərhələləri və tətbiq sahələri,

“Qara qutular: AI və Data-nın içində nə var?” – data təhlükəsizliyi və etik məsələlər,

“ERP-nin gələcəyi: Yeni trendlər” – biznes idarəetmə sistemlərinin inkişaf istiqamətləri və rəqəmsal inteqrasiya imkanları.

Zirvədə dövlət və özəl sektor nümayəndələri, yerli və beynəlxalq ekspertlər, İT və biznes sahəsinin liderləri bir araya gələrək təcrübə mübadiləsi aparacaq və yeni əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

 “Data, ERP və Süni İntellekt Zirvəsi”nə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına keçid edə və sosial media hesablarımızdan ətraflı məlumatı əldə edə bilərsiniz.

Instagram: https://www.instagram.com/aidesummit/?igsh=emJpZnY4Z2Q4M2o2#

Facebook: https://www.facebook.com/profile.php?id=61580852390665

LinkedIn: https://www.linkedin.com/company/aide-summit

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment