Digər xəbərlər


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndələri ÜST-nin tənəffüs yolları patogenlərinə hazırlıq üzrə simulyasiya təlimin
07.11.2025

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin rəisi Surxay Məmmədov və baş müfəttişi Hüseyn Qasımov 4-7 noyabr 2025-ci il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu və ÜST-nin Cənubi Qafqaz üzrə Səhiyyə Fövqəladə Hallar Mərkəzi tərəfindən ölkədə tənəffüs yolları patogenləri pandemiyasına hazırlıq üzrə keçirilən masaüstü simulyasiya təlimində iştirak ediblər.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında respirator patogen pandemiyalarına hazırlıq planlarının yenilənməsi ilə bağlı yeni qlobal tövsiyələrin dərc olunması və 2023-cü ildə Azərbaycanın səhiyyə fövqəladə hallara hazırlıq imkanlarının Birgə Xarici Qiymətləndirilməsinin əsas nəticə və tövsiyələri nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin rəhbərliyi və ÜST-nin dəstəyi ilə mövcud “Milli Qrip Pandemiyasına Hazırlıq Planı”nın yenilənməsi məqsədilə çoxtərəfli seminar təşkil edilmişdir.

Planın nəzərdən keçirilməsi və təkmilləşdirilməsi prosesində əsas mərhələlərdən biri masaüstü simulyasiya məşqinin keçirilməsi olub. ÜST-nin Avropa Regional Bürosu və ÜST-nin Cənubi Qafqaz üzrə Səhiyyə Fövqəladə Hallar Mərkəzi tərəfindən təşkil olunan bu təlimdə Səhiyyə Nazirliyi, TƏBİB, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndə heyətləri iştirak ediblər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım digər beynəlxalq ekspertlərlə yanaşı, bu tədbirdə fasilitator qismində çıxış edib.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment