Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı “Medinex 2025” sərgisində iştirak edir
31.10.2025

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı 30 oktyabr – 1 noyabr tarixlərində Baku Expo Mərkəzində keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi  “Medinex 2025”-də  öz stendi ilə təmsil olunur. 

Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan “Medinex 2025” sərgisinin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi, Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu və digər nümayəndələr iştirak ediblər. 

Daha sonra Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və digər rəsmi nümayəndələr  “Medinex 2025” sərgisində təmsil olunan tibb müəssisələrin stendlərini ziyarət edərək, təqdim olunan tibbi yeniliklər, müasir texnologiyalar və innovativ tibbi xidmətlər ilə yaxından tanış olublar. 

Mərkəzi Gömrük Hospitalının stendini ziyarət edən rəsmi nümayəndələrə, gənc həkimlərə, həkim-rezidentlərə və ziyarətçilərə Hospitalın Baş həkimi Bəxtiyar Musayev Hospitalın 2025-ci ildəki fəaliyyət istiqamətləri, həyata keçirilən yeniliklər, əldə olunan mühüm nailiyyətlər, innovativ tibbi xidmətlər, eyni zamanda Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi və onun komandası tərəfindən uğurla icra olunan və Azərbaycanın səhiyyəsində böyük nailiyyət kimi qiymətləndirilən meyit donordan 6 qaraciyər və 8 böyrək transplantasiyası əməliyyatları barədə ətraflı məlumat verib. 

Baş həkim Bəxtiyar Musayev bildirib ki, müasir texnologiyaları və yüksək peşəkarlığı ilə ölkə səhiyyəsində özünəməxsus yer tutan Mərkəzi Gömrük Hospitalının məqsədi vətəndaşlara beynəlxalq standartlara uyğun, keyfiyyətli və etibarlı tibbi xidmətlər göstərməkdir.

Mərkəzi Gömrük Hospitalının stendi sərgi iştirakçılarının böyük marağına səbəb olub. Gənc həkimlər, rezident-həkimlər və ziyarətçilər Hospitalın innovativ xidmətləri ilə yaxından tanış olub, onların sualları ətraflı cavablandırılıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərləri sərgi çərçivəsində təşkil olunmuş müxtəlif yerli və beynəlxalq tibbi şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Sərginin ilk günü stend ziyarətçilərin də böyük marağına səbəb olub. Sərginin diqqət mərkəzində olan Mərkəzi Gömrük Hospitalının stendini ziyarət edən qonaqlar monitorda nümayiş olunan, hospitalın çoxşaxəli fəaliyyətini və son illərdə həyata keçirilmiş yenilikləri əks etdirən çarxları maraqla izləyiblər.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment