Banklar


Mərkəzi Bank və Elektron Təhlükəsizlik Xidməti maliyyə sektorunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair əməkdaşlığı gücl
31.10.2025

 Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) maliyyə sektorunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair əməkdaşlığı gücləndirir.

Əməkdaşlıq çərçivəsində tərəflər sektor üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində koordinasiyalı fəaliyyətin təmin olunması, müvafiq tədbirlərin təşkili, həmçinin insidentlər, kiberhücumlar və digər təhdidlər barədə qarşılıqlı məlumatlandırmanın həyata keçirilməsi istiqamətində birgə çalışacaqlar.

AMB-nin sədr müavini Vüsal Xəlilov əməkdaşlığın maliyyə sisteminin kibertəhlükəsizliyinin və dayanıqlılığının artırılmasına töhfə verəcəyini bildirib. O həmçinin bu təşəbbüsün milli kibermühitin təhlükəsizliyinin gücləndirilməsi yolunda daha sıx əməkdaşlığa doğru mühüm addım olduğunu vurğulayıb.

ETX-nin rəisi Fərid Zeynalov bildirib ki, tərəfdaşlıq nəinki maliyyə sektorunda, ümumilikdə ölkənin kibertəhlükəsizlik infrastrukturunun möhkəmləndirilməsində mühüm rol oynayacaq. O bildirib ki, tərəflər arasında koordinasiyanın artırılması kibertəhlükəsizlik tədbirlərinin daha sistemli şəkildə icrasına imkan verəcək.

Əməkdaşlıq çərçivəsində həmçinin maliyyə sektoru iştirakçıları və geniş ictimaiyyət arasında kibertəhlükəsizlik biliklərinin artırılması məqsədilə maarifləndirici təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment