Digər xəbərlər


Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
31.10.2025

İqtisadiyyat Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqi müzakirə olunub. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə Azərbaycan və Dünya Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmizdə biznesin inkişafı, qeyri-neft-qaz sektorunun, yaşıl və ixracyönümlü iqtisadiyyatın təşviqi, sahibkarlığın, xüsusilə kiçik və orta müəssisələrin dəstəklənməsi haqqında məlumat verilib. Həmçinin bu istiqamətlər üzrə çağırış və imkanlar qeyd edilib. Milli iqtisadiyyatın inkişafı, özəl sektorun əhəmiyyəti, inkişafa yönəlmiş investisiyaların təşviqi və  innovasiya təşəbbüslərinin dəstəklənməsi müzakirə olunub. 

Tərəflər “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsinə daxil edilməsi planlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar. Beynəlxalq təcrübədə biznesin intensiv inkişafı üzrə aparılmış təhlillərin nəticələrinin və özəl sektorun stimullaşdırılması ilə bağlı tədqiqat metodologiyalarının Azərbaycanda tətbiqi imkanları nəzərdən keçirilib.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment