Oktyabrın 29-da Dövlət Gömrük Komitəsində fəaliyyət göstərmiş 14-cü “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar verilib.
Bu məqsədlə təşkil olunan tədbirdə Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev gömrük sistemində könüllülük hərəkatının yaradılması, eləcə də gənclərin potensialından səmərəli istifadə edilməsi istiqamətində görülən işlərdən, ixtisaslı kadrların yetişməsində könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs edib.
Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarında fəaliyyət göstərən könüllülərin 3 ay ərzində qazandıqları təcrübə onların karyera inkişaflarında da mühüm rol oynayacaq.
Tədbirin sonunda “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.