Digər xəbərlər


Şəkidə İƏT-in İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası keçirilib
30.10.2025

Oktyabrın 29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkidə İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası işinə başlayıb.

Tədbirdə təşkilata üzv ölkələrdən ekspertlərin, o cümlədən dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə İpək Yolu turizmi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib, Azərbaycanda və üzv dövlətlərdə İpək Yolu irsi mövzusu üzrə təqdimatlar keçirilib.

Tədbirin gündəliyinə işçi qrupun fəaliyyəti və məqsədləri, tarixi İpək Yolunun turizm potensialından istifadə, İpək Yolu təşəbbüsü üzrə gənclərin və tələbələrin mübadiləsi proqramları, üzv ölkələr arasında müştərək turizm paketlərinin yaradılması, birgə brendinq və təbliğat təşəbbüsləri, eləcə də İƏT-in İpək Yolu üzrə onlayn platforması və illik forumunun təşkili,  üzv ölkələrdə İpək Yolu irsinin qorunması, bu irsin turizmin davamlı inkişafında əhəmiyyəti və digər məsələlərin müzakirəsi daxil edilib.

Görüşdə Azərbaycanda İpək Yolu turizminin inkişaf konsepsiyası, Azərbaycanda İpək Yolu üzrə qastronomik təcrübələr, həmçinin  Azərbaycan və Özbəkistan arasında cari ilin aprel ayında imzalanmış “İpək Yolu turizmi sahəsində Anlaşma Memorandumu”nda nəzərdə tutulan tədbirlər haqqında təqdimatlar keçirilib.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının İpək Yolu üzrə İşçi Qrupu 2025-ci ilin 24-27 fevral tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının İran İslam Respublikasının Tehran şəhərində təşkil Turizm Komitəsinin toplantısı çərçivəsində yaradılıb.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment