Digər xəbərlər


m10 ilə Binance əməliyyatları – manatla, təhlükəsiz, vasitəçisiz!
29.10.2025

Azərbaycanın aparıcı fintex platforması m10, dünyanın ən böyük kriptovalyuta birjası Binance ilə əməkdaşlıq edərək, ölkədə ilk dəfə Azərbaycan manatı ilə vasitəçisiz kripto-fiat əməliyyatlarını təqdim edir.

İstifadəçilər birbaşa m10 hesablarından Binance hesablarına manatla vəsait əlavə edə və çıxara bilərlər — tam şəffaf, təhlükəsiz və vasitəçisiz şəkildə.

Təhlükəsizlik – ən yüksək səviyyədə

Bu xidmət, Azərbaycan Mərkəzi Bankının (AMB) xüsusi tənzimləmə rejimində (sandbox) sınaqdan keçirilən ilk fintex platforması kimi, həm rəsmi statusa, həm də yüksək təhlükəsizlik standartlarına malikdir. Bütün əməliyyatlar bank infrastrukturu üzərindən həyata keçirilir.

m10 və Binance inteqrasiyasının ilk mərhələsi AMB-nın sandbox rejimindən uğurla keçərək, 6 aylıq sınaq müddətini başa vurub və daha 6 ay müddətinə ikinci mərhələyə keçid edib.

Əməliyyat şərtləri

    • Valyuta: Azərbaycan manatı (AZN)

    • Balans artırma komissiyası: 1%

    • Vəsait çıxarma komissiyası: 1.5%

    • *Əməliyyat limiti: 20,000 ABŞ dolları ekvivalentinədək

*Qeyd: Aylıq 20,000 ABŞ dolları ekvivalentinədək əməliyyat limiti Azərbaycan Mərkəzi Bankının müvafiq qaydalarına əsaslanır. Xidmət yalnız Azərbaycan vətəndaşları üçün əlçatandır və KYC (müştərini tanı) prosedurunun tamamlanması mütləqdir.

Azərbaycanın kripto əməliyyatlarında yeni mərhələ

Bu əməkdaşlıq, ölkədə kripto-ekosistemin inkişafında mühüm addım olmaqla, istifadəçilərə rahatlıq, qanunvericiliyə uyğunluq və maliyyə şəffaflığı təmin edir.

Necə başlamaq olar?

    1. Binance tətbiqinə və ya rəsmi vebsayta daxil olun və qeydiyyatdan keçin.

    2. Deposit bölməsində AZN → m10 seçərək m10 hesabınız vasitəsilə balansınızı artırın.

    3. Withdraw bölməsində m10 hesabınızı göstərərək vəsaiti çıxarın.


m10 haqqında

m10, Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olan PashaPay tərəfindən hazırlanmış rəqəmsal cüzdandır və Bir ekosisteminin fintex həllidir. 2022-ci ildən istifadəyə verilmiş m10 fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını sadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərin həyata keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyi hədəfləyir.

Ətraflı məlumat üçün: https://m10.az

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment