Digər xəbərlər


Mərkəzi Bankın strateji dəstəyi ilə “Türk Dövlətləri Insurtech Zirvəsi” başlayıb
29.10.2025

Mərkəzi Bankın strateji dəstəyi ilə Türk dünyasında sığorta və rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş “Türk Dövlətləri Insurtech Zirvəsi” başlayıb.

Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov açılış nitqində sığortanın yalnız maliyyə sabitliyinin mühüm dayağı deyil, həm də cəmiyyətin sosial rifahını və gələcəyə inamını təmin edən strateji mexanizm olmasını qeyd edib. O, sığortanın gələcəyinin yalnız klassik prinsiplərlə deyil, texnologiyanın gətirdiyi yeniliklər əsasında formalaşdığını vurğulayıb.

Baş direktor “insurtech”lərin ənənəvi sığorta modellərinin təqdim etdiyi standartlaşmış məhsullardan fərqli olaraq fərdi ehtiyaclara uyğunlaşdırılmış sığorta həlləri, real vaxt rejimində risk qiymətləndirməsi və şəffaf xidmətlər təqdim etdiyini bildirib.

O, həmçinin Azərbaycanın sığorta bazarında “insurtech”lərin tətbiqi, xüsusi tənzimləmə rejimləri və rəqəmsal transformasiyanın yerli və qlobal bazarlara təsirlərinin Mərkəzi Bankın xüsusi diqqət mərkəzində olduğunu qeyd edib.

Vüsal Qurbanov Türk dövlətləri arasında təcrübə və texnologiya mübadiləsi, birgə startap təşəbbüsləri və vahid məlumat platformalarının yaradılmasına imkanlar yaradan bu tədbirin Türk dünyasının “insurtech” xəritəsində yeni səhifə açacağına, praktik tərəfdaşlıqlar, ortaq layihələr və yeni ideyalarla nəticələnəcəyinə inamını ifadə edib.

Mərkəzi Bankın Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev sammit çərçivəsində keçirilmiş “Türk ölkələrində sığorta bazarının tənzimləyici icmalı” müzakirə panelinin spikerlərindən olub. O, Mərkəzi Bankın və Türk dövlətlərinin əsas strateji prioritetlərindən birinin sığorta sektorunun maliyyə dayanıqlılığının gücləndirilməsi olduğunu bildirib. Pənah Bənnayev sektorda korporativ idarəetmə, risk idarəetməsi, xüsusilə də ictimaiyyətə məlumatların açıqlanması üzrə tənzimləmələrin Mərkəzi Bank tərəfindən beynəlxalq standartlara uyğun olaraq həyata keçirildiyini vurğulayıb.

Qeyd edək ki, iki gün davam edəcək sammit Türkiyənin Ticarət Nazirliyinin təşkilatçılığı, Türkiyənin Xidmət İxracatçıları Birliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və "New Generation Management Company" şirkətinin birgə əməkdaşlığı keçirilir.


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment