Fond birjası


Bakı Fond Birjası “Anglo Asian Mining Plc” şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib
28.10.2025

27 oktyabr, 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin üzvləri “Anglo Asian Mining Plc”-nin (LSE: AAZ) prezidenti Reza Vəziri ilə görüş keçiriblər. Görüşün əsas mövzusu iki tərəf arasında əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycan kapital bazarının inkişafı olub.

Görüşdə BFB rəhbərliyi birjanın strateji vizyonunu və kapital bazarı infrastrukturunun inkişafı üzrə planları təqdim edib. Bundan əlavə, 2025-ci ilin oktyabr ayında BFB-nin Dünya Birjalar Federasiyasına (WFE) tam üzv qəbul olunması da müzakirə edilib. Bu, kapital bazarının şəffaflığının gücləndirilməsi və beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi baxımından əhəmiyyətli addım kimi vurğulanıb.

Görüş zamanı “Anglo Asian Mining”-in prezidenti və baş icraçı direktoru Reza Vəziri vurğulayıb: “Azərbaycanın ilk publik şirkəti olaraq Anglo Asian Mining bazarın inkişafını yaxından izləyir və BFB ilə əməkdaşlığa dəstək verməyə hazırdır. Bu, həm bazar iştirakçıları, həm də potensial investorlar üçün faydalı ola bilər”. İnvestor etibarının artırılmasının vacibliyini vurğulayan Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov qeyd edib: “Bu müzakirələr BFB üçün strateji əhəmiyyət daşıyır. Kapital bazarının infrastrukturunun gücləndirilməsi və investor etibarının artırılması bizim əsas prioritetlərimizdir”. BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov Azərbaycan kapital bazarlarının infrastruktununun inkişafının önəmini vurğulayıb: “BFB olaraq şəffaflıq, əməliyyatların avtomatlaşdırılması və beynəlxalq standartlara uyğunluq istiqamətində islahatları davam etdiririk. WFE-yə tam üzvlük bu prosesin mühüm hissəsidir”. 

“Anglo Asian Mining” tərəfindən BFB-nin Azərbaycan kapital bazarının inkişafına verdiyi töhfə qiymətləndirilib və şirkət gələcəkdə birja ilə əməkdaşlıqda aktiv iştirak etməyə hazır olduğunu bildirilib. Tərəflər yaxın gələcəkdə əməkdaşlığın konkret mexanizmləri üzərində işləməyi və əlaqələndirilmiş fəaliyyət planı hazırlamağı qərara alıblar.

“Anglo Asian Mining Plc (LSE: AAZ)” – London Fond Birjasında qeydiyyatdan keçmiş, Azərbaycanda qızıl, mis və gümüş kəşfiyyatı və istehsalı ilə məşğul olan Böyük Britaniya şirkətidir. Şirkət  20 ildən artıq müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir və Qərbi Azərbaycanda 2,544 kv. km əhatə edən səkkiz müqavilə sahəsində kəşfiyyat və istehsal aktivləri portfelinə malikdir. Şirkətin əsas fəaliyyət sahələrinə Gədəbəy istehsal kompleksi, Dəmirli mədən kompleksivə digər perspektivli layihələr daxildir.


Əlaqə üçün: 

Bakı Fond Birjası — pr@bse.az , listing@bse.az

Anglo Asian Mining Plc — fidan.shabanova@aimc.az 

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment