Digər xəbərlər


Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı 2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədini imzalayıb
28.10.2025

Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı arasında 2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 80-cı ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Hökuməti və BMT arasında 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (UNSDCF) imzalanıb. Çərçivə Sənədini iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva imzalayıblar.

Sənəd qarşıdakı beş il üçün Azərbaycan və BMT arasında tərəfdaşlığın strateji istiqamətlərini müəyyən edir, dayanıqlı inkişafın təşviqi və ölkəmizdə insanların rifahının artırılması istiqamətində birgə öhdəlikləri əks etdirir. 

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Azərbaycan və BMT arasındakı möhkəm tərəfdaşlığın rolunu vurğulayıb. Qeyd edilib ki, Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin imzalanması insanların və planetin dayanıqlı inkişafı üçün yeni və gələcəyə yönəlmiş əməkdaşlığın başlanğıcıdır.

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin çoxtərəfli diplomatiyanın əsas dayaqlarından biri kimi mühüm rolunu nəzərə çatdırıb. Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, bu istiqamətdə qadınların və gənclərin hüquq və imkanlarının artırılması, humanitar təşəbbüslər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi qeyd edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizlə BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlığı vurğulayıb. Tərəfdaşlığın davamlı inkişaf üçün yeni imkanlar və ölkəmizin iqtisadi inkişaf modelini təkmilləşdirmək üçün effektiv dəstək mexanizmləri yaratdığını bildirib. Birgə fəaliyyətin yeni mərhələsi olan Çərçivə Sənədinin əvvəlki əməkdaşlıq dövrlərində əldə edilmiş nailiyyətlərə əsaslandığı və Azərbaycanın uzunmüddətli sosial-iqtisadi prioritetləri, o cümlədən insan kapitalının inkişafı, innovasiyaların, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli yaşıl keçidin təşviqi, inklüziv artımın təmin edilməsi istiqamətində səyləri ilə uzlaşdığı bildirilib.

Tədbirdə dövlət qurumlarının rəhbərləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. İştirakçılar BMT-nin 80 il ərzində həyata keçirdiyi qlobal fəaliyyəti və Azərbaycanın Təşkilatla əməkdaşlığı çərçivəsində 2030 Gündəliyinə doğru irəliləyişi müzakirə ediblər.

Tədbirdə həmçinin BMT-nin sülhün, ləyaqətin və hamı üçün firavanlığın təşviqinə həsr olunmuş 80 illik tarixini əks etdirən “Yaşayan miras” (“A Living Legacy”) adlı qısa film nümayiş etdirilib.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment