Astara və Biləsuvar gömrük idarələrinin əməkdaşlarına “Gömrük nəzarəti üsulları və vasitələri tətbiq olunmaqla gömrük baxışının və yoxlamasının həyata keçirilməsi qaydaları” mövzusunda təlim keçirilib.
Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyev və həmin baş idarənin əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə gömrük yoxlamasının həyata keçirilməsi və nəticələrinə dair qeydiyyatın aparılması ilə bağlı tətbiq edilən yeni mexanizmlər barədə məlumat verilib, həmçinin mümkün yoxlama ssenariləri, metodlar və riskə əsaslanan yanaşmalar üzrə praktik nümunələr təqdim olunub.
Təlim çərçivəsində əməkdaşlarla birgə nəqliyyat vasitələrinin sərhədkeçmə, gömrük nəzarəti prosesləri və yük terminallarında aparılan yoxlama işləri yaxından izlənilib, əməkdaşların sualları cavablandırılıb.