Banklar


Mərkəzi Bank “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı”na start verib
27.10.2025

Mərkəzi Bank tərəfindən 27 oktyabr tarixində Bakı Slavyan Universitetində (BSU) Jurnalistika fakültəsində təhsil alan tələbələr üçün “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı”nın açılış mərasimi keçirilib.

Tədbirdə Mərkəzi Bankın və BSU-nun nümayəndələri iştirak ediblər. Mərkəzi Bankın nümayəndələri BSU rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkür edərək kommunikasiyanın ictimai rəyin formalaşmasında mühüm rolunu vurğulayıblar. Daha sonra Mərkəzi Bankın media ilə tərəfdaşlığının gücləndirilməsi və ictimai kommunikasiyanın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl təşəbbüslərdən danışıblar.

Mərkəzi Bankın nümayəndələri çıxışlarında gələcəyin peşəkar iqtisadi jurnalistləri olacaq tələbələrin bu sahədə informasiya tərəfdaşları kimi mühüm rol oynayacaqlarına inamlarını ifadə ediblər.

Beləliklə, 30-dan artıq tələbənin iştirakı ilə ilk sessiya başlayıb. Bu sessiya Mərkəzi Bankın Pul siyasətinin hesabatlılığı şöbəsinin rəisi Təranə Əlirzayeva tərəfindən “Makroiqtisadiyyatın əsasları və jurnalistikada tətbiqi” mövzusunda keçirilib. Təlimdə pul siyasətinin məqsəd və alətləri, proqnozlaşdırma prinsipləri, həmçinin mərkəzi bankçılıq kommunikasiyasının müasir trendləri barədə məlumat verilib.

Tədbirdə Mərkəzi Bankın rəsmi internet səhifələri və maliyyə savadlılığına dair elektron resursları barədə də məlumat verilib.

Qeyd edək ki, milli mətbuatın yaranmasının 150 illik yubileyi ilə əlaqədar Mərkəzi Bank tərəfindən keçirilən tədbirlərin davamı olan bu proqramın məqsədi gənc jurnalistlərin iqtisadiyyat və maliyyə sahəsində məlumatlılığının artırılmasına, həmçinin bu istiqamətdə ixtisaslaşmasına töhfə verməklə peşəkar fəaliyyətə ruhlandırmaqdır. Təlim çərçivəsində Mərkəzi Bankın nümayəndələri tərəfindən mərkəzi bankçılıqla bağlı 8 əsas istiqamət üzrə sessiyaların keçirilməsi nəzərdə tutulub.

Mərkəzi Bank mütəmadi olaraq məktəblərdə və ali təhsil müəssisələrində təlimlər, həmçinin peşəkar jurnalistlər üçün xüsusi proqramlar təşkil etməklə, ölkədə maliyyə savadlılığının artırılmasına və peşəkar kadrların formalaşdırılmasına töhfə verir.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment