Digər xəbərlər


Vətəndaşlar “Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat əldə ediblər
27.10.2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da indiyədək 37500 nəfər “Coursera” platformasındakı təlimlərdən yararlanıb. İstifadəçilər 193 mindən çox təlimə müraciət edib və 69 min təlimi uğurla başa vurublar.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram” üzrə iştirakçıların sayı artmaqda davam edir.

2025-ci ilin aprel ayından başlayan “Milli Proqram” çərçivəsində bu günədək 37 500 nəfər “Coursera” onlayn təhsil platformasında təqdim olunan təlimlərdən ödənişsiz yararlanıb. Təlim iştirakçılarının 29%-ni universitet tələbələri və ali təhsil müəssisələrinin əməkdaşları, 12%-ni isə akademik sferada (orta məktəblər, elmi-tədqiqat institutları və s.) fəaliyyət göstərənlər təşkil edir. 11 mindən çox tələbə və universitet əməkdaşı “Coursera” onlayn tədris platformasındakı 67 mindən çox təlimə (ümumi müraciətlərin 1/3-i) müraciət edib.

“Milli Proqram”a ən çox maraq göstərən 10 ali məktəbin siyahısı aşağıdakı kimidir:

Azərbaycan Dövlət İqtisad Universiteti (2292 iştirakçı, 4821 sertifikat);

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1559 iştirakçı, 2875 sertifikat);

Bakı Dövlət Universiteti (1229 iştirakçı, 1915 sertifikat);

Azərbaycan Texniki Universiteti (750 iştirakçı, 1743 sertifikat);

Bakı Mühəndislik Universiteti (1077 iştirakçı, 1453 sertifikat);

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (337 iştirakçı, 1088 sertifikat).

ADA Universiteti (441 iştirakçı, 1000 sertifikat);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (926 iştirakçı, 945 sertifikat);

Bakı Ali Neft Məktəbi (387 iştirakçı, 857 sertifikat);

Azərbaycan Memarlıq və İnşaat Universiteti (458 iştirakçı, 814 sertifikat); 

Proqram iştirakçılarının digər hissəsini dövlət sektorunda çalışanlar (30%), özəl sektorda fəaliyyət göstərənlər (14%), həmçinin digər qruplar -məktəblilər, işsizlər, təqaüdçülər və s. (15%) təşkil edir.

“Milli Proqram” ölkədə rəqəmsal bacarıqların, innovasiya yönümlü təfəkkürün və yeni texnologiyalara inteqrasiyanın təşviqinə xidmət edir. Layihə çərçivəsində müxtəlif ixtisaslar üzrə müasir biliklərin əldə olunması və əmək bazarının tələblərinə uyğun kadr potensialının gücləndirilməsi məqsədilə genişmiqyaslı onlayn təlim imkanları yaradılıb. Proqram çərçivəsində bu günədək istifadəçilər 193 mindən çox təlimə müraciət edib və 69 min təlimi uğurla başa vurublar. İştirakçılar daha çox süni intellekt, data elmi, layihələrin idarə olunması, informasiya texnologiyaları və yumşaq bacarıqlar üzrə təlimlərə üstünlük veriblər.

Hazırda “Milli Proqram”ın 6-cı mərhələsinə qeydiyyat davam edir. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

“Coursera” platformasında Oksford, Kembric, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce”, “Siemens” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 13 mindən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

“Milli Proqram” istifadəçiləri platformada 2500 təlimi Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 təlim isə “deep fake” texnologiyası ilə dublyajda izləyə bilərlər (təlimlərin siyahısı - https://bit.ly/4ogG5Mw).

Proqram SOCAR, Paşa Holdinq, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment