Digər xəbərlər


“Regionda İlk: Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib
27.10.2025

25 oktyabr 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Florence Healthcare İnternational Qrupun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin və TƏBİB-in dəstəyi ilə Sumqayıt şəhər H.Əliyev Mərkəzində “Regionda İlk: Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. 

İlk öncə konfrans iştirakçıları və rəsmi qonaqlar Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər. 

“Regionda İlk: Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda Beynəlxalq Elmi Konfrans mövzusunda Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Konfransın rəsmi açılış hissəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, Milli Məclisin Səhiyyə Səhiyyə Komitəsinin sədri, Akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, s.e.d., professor Hicran Hüseynova, TƏBİB-in İcraçı direktor müavini Anar İsrafilov, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova və digər rəsmi qonaqlar çıxış edərək ölkəmizdə meyitdən orqan nəqlinin həyata keçirilməsinin milli səhiyyə tarixində mühüm mərhələ olduğunu, bu təşəbbüsün elmi və humanitar baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Bu uğurun Azərbaycan həkimlərinin yüksək peşəkarlığının, dövlətin diqqət və qayğısı sayəsində həyata keçdiyini, bu sahədə atılan addımların ölkəmizdə transplantologiyanın inkişafına böyük töhfə verəcəyini qeyd ediblər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxışında bildirib ki, ölkəmizdə hər il yüzlərlə insan orqan transplantasiyasına ehtiyac duyur və bu sahədə meyit donorlardan orqan köçürülməsi yüzlərlə həyatın xilasına imkan yaradır. Meyit donor sisteminin inkişafı orqan çatışmazlığı probleminin həllinə, eləcə də milli səhiyyə sisteminin yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olacaq. Ceyhun Məmmədov vurğulayıb ki, 2025-ci ilin fevral ayında Azərbaycanda və bütövlükdə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında transplantoloq Mircəlal Kazımi və onun peşəkar komandası tərəfindən meyit donordan qaraciyər transplantasiyası uğurla icra edilib, elə həmin ilin davamında isə meyit donordan böyrək köçürülməsi əməliyyatı da müvəffəqiyyətlə həyata keçirilib. Bu nailiyyətlər Azərbaycan tibb tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizdə orqan transplantasiyasının inkişafı üçün yeni perspektivlər açıb.

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva “Mən niyə donor olmalıyam?” mövzusunda çıxış edib. Sonra konfrans öz işini 3 paneldə davam etdirib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin Sədr müavini, tibb elmləri doktoru, kardiocərrah Dr.Rəşad Mahmudov və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasovanın moderatorluğu ilə “Meyitdən orqan transplantasiyası: Canlı donorlu orqan transplantasiyası alternativdirmi?” mövzusunda keçirilən I paneldə Səhiyyə Nazirliyinin Orqan donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Dr.Günay Abbasova “Meyit orqan donorluğu işinin təşkilində ölkədə mövcud vəziyyət”, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, transplantoloq Dr.Mircəlal Kazımi “Meyitdən orqan transplantasiyası: Təcrübəmiz”, Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Dr.Bəxtiyar Musayev “Meyit orqan transplantasiyasında xəstəxanada administrativ işin təşkili” və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin Sədr müavini, tibb elmləri doktoru, kardiocərrah Dr.Rəşad Mahmudovun “Ürək çatışmazlığı olan xəstələrdə qaraciyər transplantasiyası, eyni, yoxsa ayrı-ayrı seanslarda?” mövzularında təqdimatlarla çıxış ediblər.

“Qaraciyər transplantasiyası” mövzusunda keçirilən II panel Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının müdiri, transplantoloq Dr.Nuru Bayramovun və Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, transplantoloq Dr.Mircəlal Kazıminin moderatorluğu ilə keçirilib. Bu paneldə, Florence Nightingale Xəstəxanalar Qrupunun ümumi cərrahı Prof. Dr.Abuzər Diricanın “Xroniki qaraciyər xəstəliyinə ümumi yanaşma”, Florence Nightingale Xəstəxanalar Qrupunun ümumi cərrahı Prof. Dr.Bülent Ünalın “Qaraciyər və böyrək transplantasiyasl zamanı HBV-li, HCV-li, HİV-li donorların (həm canlı, həm də meyit) istifadəsi: Türkiyə və dünya təcrübəsi”, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Dr.Xəyal Məmmədov “Beyin ölümü keçirmiş donorun əməliyyata hazırlanması və orqanların alınma əməliyyatının aparılması: Anestezioloji və reanimasion yanaşma”, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, transplantoloq Dr.Kamran Beydullayevin “Qaraciyər transplantasiyasında kimlər donor ola bilər?” və Mərkəzi Gömrük Hospitalının infeksionisti Dr.Mədinə Abdullayevanın “Solid orqan transplantasiya olan xəstələrdə virus hepatitlərin idarə olunması” mövzularında çıxışları dinlənilib.

Florence Nightingale Xəstəxanalar Qrupunun ümumi cərrahları Prof. Dr.Abuzər Dirican və Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mmoderatorluğu ilə “Böyrək transplantasiyası” mövzusunda keçirilən III paneldə Leyla Tibb Mərkəzinin uşaq nefroloqu Dr.Zaur Əhmədovun “Uşaqlarda xroniki böyrək çatışmazlığı və böyrək transplantasiya zamanlanması”, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, nefroloq Dr.Mirməsim Məmmədovun “Böyüklərdə xroniki böyrək çatışmazlığı və böyrək transplantasiya zamanlanması” və Mərkəzi Gömrük Hospitalının nefroloqu Dr.Şəbnəm Qədiməliyevanın “Meyitdən böyrək transplantasiyası nefroloqun gözü ilə” mövzularında çıxışları maraqla qarşılanıb. 

Panel müzakirələrdən sonra konfrans öz işini yekunlaşdırıb. Müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan 200 nəfərədək həkimin iştirak etdiyi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 7 DTT balı ilə qiymətləndirilib.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment