Digər xəbərlər


Qeyri-meyvə araqlarının pərakəndə satışının minimum qiymətləri müəyyən edilib
24.10.2025

İqtisadiyyat Nazirliyinin Kollegiya iclasında qablaşdırma həcmlərinə uyğun olaraq, yerli və idxal olunan qeyri-meyvə araqlarının pərakəndə satışının minimum qiymətləri təsdiq olunub.

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində əhalinin sağlamlığının və istehlakçı hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə normativ-hüquqi baza təkmilləşdirilir, beynəlxalq təcrübəyə uyğun tənzimləmə mexanizmləri tətbiq olunur.

Alkoqollu içkilərin pərakəndə satışına nəzarət bu baxımdan xüsusi önəm kəsb edir. Bu istiqamətdə İqtisadiyyat Nazirliyinin Kollegiyasının iclasında qablaşdırma həcmlərinə uyğun olaraq, yerli və idxal olunan qeyri-meyvə arağının pərakəndə satışının minimum qiymətləri təsdiq olunub. Minimum qiymət qeyri-meyvə arağının ən aşağı satış qiymətidir. Qanunla qeyri-meyvə arağı bu qiymətdən ucuz satıla bilməz.

Minimum qiymətin tətbiqində məqsəd ucuz qiymətə satılan, sağlamlığa daha çox zərərli olan və istehlakçılar tərəfindən daha çox istifadə edilən aşağı keyfiyyətli spirtli içkilərin az istifadə olunmasına nail olmaqdır. Həmçinin, minimum qiymətlərin tətbiqi alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətini artıracaq və ixracını genişləndirəcək, əlavə maliyyə vəsaitinin formalaşması hesabına keyfiyyətli məhsul istehsalını təşviq edəcək, dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin daha effektiv aparılmasına şərait yaradacaq.

Minimum qiymət siyasəti ilə bağlı daha öncədən iri araq istehsalçıları ilə müzakirələr aparılıb, yerli istehsalçılar tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilən müvafiq məlumatlar araşdırılıb, monitorinqlər aparılıb.

Alkoqollu içkilərin minimum pərakəndə satış qiymətlərinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunun tətbiqi haqqında 27 yanvar 2025-ci il tarixli Fərmanına və Nazirlər Kabinetinin “Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Bu sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılıb.

İnzibati Xətalar Məcəlləsinin 455-1-ci maddəsinə əsasən pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər isə iki min manat məbləğində cərimə edilir.

Qərar  24 noyabr 2025-ci il tarixdən qüvvəyə minir.

Qeyri-meyvə arağının pərakəndə satışının minimum qiymətləri aşağıdakı kimi təsdiq edilib:

Qablaşdırma tutumu

Minimum pərakəndə satış qiyməti (ƏDV ilə, manat)

Daxili istehsal üzrə

İdxal üzrə

1.

50 qr

1,96

2,43

2.

100 qr

2,98

3,92

3.

200 qr

4,17

6,06

4.

250 qr

4,95

7,31

5.

330 qr

6,50

9,62

6.

375 qr

7,60

11,14

7.

500 qr

9,50

14,22

8.

700 qr

12,42

19,03

9.

750 qr

13,93

21,01

10.

1 l

16,73

26,17

11.

1,5 l

26,10

40,26

12.

1,75 l

26,33

42,85


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment