Banklar


Unibank: müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir
24.10.2025

Unibank KB müştərilərinin vəsaitlərinin və məlumatlarının qorunmasını əsas məsuliyyəti hesab edir. Son dövrlərdə dələduzluq sxemlərinin müxtəlif formalarla artması fonunda Bank genişmiqyaslı təhlükəsizlik tədbirləri və maarifləndirici kampaniyalar həyata keçirir. Məqsəd - həm fırıldaqçılıq cəhdlərini qabaqlamaq, həm də müştərilərin riskləri vaxtında tanımasına kömək etməkdir.

Bankın gördüyü əsas təhlükəsizlik tədbirləri:

    • 24/7 Fraud Monitoring (fırıldaqçılıq monitorinqi): Tranzaksiyaları avtomatik analiz edən sistemlər şübhəli əməliyyatları dərhal bloklayır və əməliyyat sahiblərinə xəbərdarlıq göndərir, müştərilərə şübhəli əməliyyatı dəqiqləşdirmək üçün zəng edilir.

    •  Analitika komandası: Rəqəmsal dələduzluq hallarının qarşısının alınması məqsədilə komanda mütəmadi olaraq yeni fraud ssenarilərini təhlil edir, yaranmış halları analiz edərək uyğun həll yolları hazırlayır. Mövcud risklərə uyğun olaraq effektiv qabaqlayıcı həll yolları formalaşdırılır.

    • 3D Secure və tokenizasiya: Onlayn ödənişlərdə əlavə təsdiq (3D Secure) və kart məlumatlarının təhlükəsiz saxlanması üçün tokenləşdirmə texnologiyası tətbiq olunur.

    • Mobil tətbiqdə ödəniş nəzarəti: Müştəriyə kartı bir toxunuşla bloklama/aktivləşdirmə, gündəlik limitlərin təyini və əməliyyat bildirişləri funksiyaları təqdim edilir.

    • Biometrik və çoxfaktorlu autentifikasiya: Hesab girişləri və kritik əməliyyatlar üçün təhlükəsizlik qatları davamlı gücləndirilir.

    • İstənilən şübhəli halların operativ araşdırılması: Bankın təhlükəsizlik komandası və müştəri xidmətləri şübhəli əməliyyatları dərhal araşdırır və müvafiq prosedurlarını tətbiq edir.

    • Rəsmi, doğrulanmış kanallar: Unibank yalnız mavi nişanlı rəsmi sosial səhifələr vasitəsilə elanlar edir; bank tərəfindən göndərilən rəsmi bildirişlər həmişə identifikasiyalı kanallardan gəlir.

Müştərilər üçün praktik tövsiyələr: 

    • Məlumatlarını heç kəslə paylaşma! Kart nömrəsi, CVV və mobilə gələn 3D Secure kodunu heç kimə vermə.

    • SMS-dəki 3D Secure mətnini yoxla: Kod gələn SMS-də ticarət məntəqəsinin adı və məbləğ sənin ödəmənlə üst-üstə düşməlidir.

    • Pul köçürmə təkliflərinə diqqət et: Kartdakı vəsaitləri digər hesaba köçürməyi təklif edən şəxslərə mütləq imtina et.

    • Rəsmi səhifələri izlə: Sosial mediada yalnız “Unibank”ın mavi nişanlı səhifələrini izlə və şübhəli mesajları yoxla.

    • Şübhəli kredit, kart, uduşlu kampaniyalara inanma: Sosial şəbəkələrdən gələn “xüsusi təklif” və ya “sənə aid hesab” tipli mesajlara daxil olma.

    • Bank adından zəng etsələr belə məlumat vermə: Bank əməkdaşı heç vaxt kartın tam nömrəsi, CVV və ya SMS-kod istəmir.

Əgər şübhəli əməliyyat görsəniz - nə etməli?

Dərhal Unibank mobil tətbiqindən kartınızı bloklayın və  ya 117 Müştəri xidməti ilə əlaqə saxlayın, bankın rəsmi sosial şəbəkələri üzərindən müraciət edin.   

Təhlükəsizlik həm bankın, həm də hər bir müştərinin birgə məsuliyyətidir. Birlikdə güclüyük!

Unibank – Sənin Bankın!

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment