Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li dövlət qeydiyyat nömrəli ipoteka istiqrazları üzrə 23 oktyabr 2025-ci il tarixində növbəti ödəniş aparılmışdır.
Növbəti faiz ödənişi dövründə 3.00%-lik faiz gəliri 524.5231 manat məbləği əsasında hesablanacaqdır.
Bakı Fond Birjasında AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazları ilə ticarət edərkən istiqrazın baza qiymətinin 524.5231 manat olması nəzərə alınacaqdır.