24 oktyabr 2025-ci il tarixdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi 126 ünvanında, Salyan rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev Parkının ərazisi) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.