Digər xəbərlər


Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib
22.10.2025

Astanada təşkil edilən Qazaxıstan-Azərbaycan biznes forumunda iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub, sənədlər imzalanıb, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının iclası keçirilib.

Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə “Süni intellektin və sənaye təşəbbüslərinin inkişafı şəraitində iqtisadi əməkdaşlıq” mövzusunda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, ticarət, logistika, sənaye, İKT, nəqliyyat, kənd təsərrüfatı, tikinti, energetika, təhsil, maliyyə, eləcə də yüksək texnologiyalar və proqram təminatı kimi sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndəsi iştirak edib.

Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aydar Abildabekov Azərbaycanla  münasibətlərin dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, ticarət əlaqələrinin genişləndirilməsi əməkdaşlığımızın əsas istiqamətlərindən biridir və bu sahədə logistika xüsusi əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, Qazaxıstan və Azərbaycan Avrasiya ticarət zəncirinin mühüm iştirakçılarıdır və qarşılıqlı nəqliyyat bağlantılarının gücləndirilməsi regionda yükdaşımaların həcmini  artıracaq.

İqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan və Qazaxıstanın iqtisadi əlaqələri son illərdə daha da genişlənərək yeni əməkdaşlıq istiqamətlərini əhatə edib. Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 3 dəfəyədək artaraq 2025-ci ilin yanvar-sentyabr aylarında 568 milyon ABŞ dollarına çatıb. Nazir müavini ölkəmizdə süni intellektin tətbiqinin genişləndirilməsi və sənayenin rəqəmsal transformasiyası istiqamətində görülən işlər, bu təşəbbüslərin birgə fəaliyyət üçün açdığı imkanlar haqqında danışıb.

Forumda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “KAZAKH INVEST” Milli Şirkətinin İdarə Heyətinin sədri Sultanqali Kinjakulov, “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzinin baş direktoru Aytmuxammed Aldajarov, “Damu” Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Farxat Sarkeseyev, Qazaxıstanın Turizm və İdman Nazirliyinin Turizm Sənayesi Komitəsinin sədri Nurtas Karipbayev və “Azerconnect Group” şirkətinin baş direktorunun müavini İlqar Nəhmədov ölkələrimizin investisiya iqlimi, biznes üçün yaradılan əlverişli şərait, tətbiq edilən güzəşt və imtiyazlar, göstərilən xidmətlər, sənayenin rəqəmsallaşması və süni intellektdən istifadənin əhatə dairəsinin genişləndirilməsi kimi mövzularda çıxış ediblər.

Tədbirdə Azərbaycan və Qazaxıstanın dövlət qurumları və şirkətləri arasında su ehtiyatlarının idarə olunmasının rəqəmsallaşdırılması, sənaye istehsalı, qarşılıqlı investisiyaların təşviqi, şəhər infrastrukturunun inkişafı, Astanada “KOB evi” modelinə əsaslanan mərkəzin yaradılması, ticarət, səhiyyə və təhsil sahələrini əhatə edən sənədlər imzalanıb.

Tədbir çərçivəsində B2B və B2C formatında görüşlər keçirilib.

Forum çərçivəsində Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib. İclasda şuranın ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsində və biznes subyektləri arasında təmasların artmasında rolu, sahibkarlara göstərilən dəstək barədə müzakirələr aparılıb. İclasın sonunda hər iki ölkədən içki, qida sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən bir sıra şirkətlər qarşılıqlı işgüzar münasibətlərin inkişafına verdikləri xüsusi töhfəyə görə təşəkkürnamələrlə təltif olunublar. 

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment