Banklar


Mərkəzi Bank tərəfindən banklar üzrə rəqəmsal fırıldaqçılıq statistikası açıqlanıb
22.10.2025

Mərkəzi Bank maliyyə bazarında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən bank sektorunu əhatə edən rəqəmsal fırıldaqçılıq statistikası ictimaiyyətə açıqlanıb.

Rəqəmsal fırıldaqçılıq statistikasının açıqlanmasının əsas məqsədi ictimaiyyətin kibertəhlükəsizlik sahəsində maarifləndirmə və məlumatlılıq səviyyəsinin artırılmasıdır.

2025-ci ilin birinci yarımilini əhatə edən statistik hesabatda ölkədə fəaliyyət göstərən bütün banklarda baş vermiş fırıldaqçılıq əməliyyatlarına dair məlumatlar təqdim olunub. Statistik məlumatlar banklar tərəfindən Mərkəzi Banka təqdim edilən hesabatlar əsasında formalaşdırılır. Həmin hesabatlarda fırıldaqçılığın əsas və alt növləri, əməliyyatların tipi, zərər məbləği və digər analitik göstəricilər əks olunur.

Hesabatda beynəlxalq təcrübə nəzərə alınmaqla rəqəmsal ödənişlərdən istifadə zamanı fırıldaqçılıq əməliyyatların monitorinqi üçün müəyyən edilmiş müvafiq metrik göstəricilər əsasında dövri ölçmələr aparılıb. Belə ki, hesabatda ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları üzrə dövrlər üzrə müqayisəli göstəricilər, o cümlədən əməliyyatların dinamikası və strukturunda müşahidə olunan dəyişikliklər təhlil olunub.

Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü ilə 16 may 2025-ci il tarixində rəqəmsal ödənişlər üzrə dələduzluq halları ilə mübarizə tədbirləri çərçivəsində Daxili İşlər Nazirliyinin və bankların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Bu qrupun fəaliyyəti rəqəmsal maliyyə ekosistemində informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi, qabaqlayıcı tədbirlərin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə əsaslanan koordinasiyalı fəaliyyətin təmin edilməsinə yönəlib.

Rəqəmsal fırıldaqçılıq statistikasının bundan sonra rüblük əsasda ictimaiyyətlə paylaşılması planlaşdırılır. Statistik hesabata dair daha ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilərsiniz:

https://uploads.cbar.az/assets/6c136fad575d5457f608cba34.pdf

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment