Banklar


İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
21.10.2025

Tələbələrə şad xəbər! Ölkənin ilk rəqəmsal bankı Birbank bankçılıq sahəsində yeni ideyaları olan, innovativ həllər təqdim etmək istəyən, yenilikçi tələbələrə unikal imkanlar yaradır. 16 oktyabr tarixində start verilən “Spark Tələbə İnnovasiya proqramı” böyük hədəfləri və arzuları olan gənclərə yeni qapılar açır. 

Proqramda ölkə üzrə ali məktəblərdə 3 və 4-cü kursda təhsil alan, orta göstəriciləri 70 və üzəri olan bakalavr və magistr tələbələrinə iştirak imkanı yaradılacaq. İştirakçı olmaq istəyən tələbələr məhsul sahibi, biznes analitik, developer, dizayner rollarını icra edən 4 nəfərlik komanda formasında layihəyə müraciət edə bilər. 

İdeyası bəyənilən və “İlkin qiymətləndirmə”, “Tapşırıq”, “Müsahibə” mərhələlərini uğurla keçən komandalar layihədə iştirak hüququ qazanacaqlar. Daha sonra onlar üçün yeni biliklər, təcrübələrlə dolu bir mərhələyə start veriləcək. Onlara Birbank-ın peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilən xüsusi mentorluq, təcrübə proqramı və təlimlərdə iştirak imkanları yaradılacaq. Proqramın final mərhələsində isə komandalar ideyalarını təqdim edəcəklər. Proqramın yekunlarına əsasən, ideyaları ən uğurlu hesab edilən 3 komanda müvafiq olaraq 4000, 2000 və 1000 manat məbləğində mükafat qazanacaq.

Müraciət və qeydiyyat üçün: www.kbl.az/tpi 

Layihənin məqsədi yeni texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya gətirmək, onların gələcək fəaliyyətini stimullaşdırmaq, real iş mühitində praktiki təcrübə imkanı yaratmaqdır. “Spark Tələbə İnnovasiya proqramı” həmçinin gənclərə komanda işi, şəbəkələşmə, müasir bankçılıq mühitində layihələrin idarə edilməsi kimi bacarıqlar da qazandıracaq. 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment