Digər xəbərlər


Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək
17.10.2025

“Regionda İlk: Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda Beynəlxalq Elmi Konfrans  həyata keçiriləcək

25 oktyabr 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Florence Healthcare İnternational Qrupun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin və TƏBİB-in dəstəyi ilə Sumqayıt şəhər H.Əliyev Mərkəzində “Regionda İlk: Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda Beynəlxalq Elmi Konfransın həyata keçirilməsi planlaşdırılır. 

Konfrans zamanı Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdimatların edilməsi və mütəxəssislərarası təcrübə mübadiləsinin təşkili məqsədilə müzakirələrin təşkil olunması nəzərdə tutulub. 

Sumqayıt şəhər H.Əliyev Mərkəzində həyata keçiriləcək Konfrans proqrama uyğun olaraq təcili tibbi yardım həkimi, anestezioloq-reanimatoloq, ümumi cərrah, ürək-damar cərrahı, uşaq cərrahı, uroloq, terapevt, kardioloq, nefroloq, infeksionist, endokrinoloq və pediatr ixtisaslı həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.

Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunmuş və 7 DTT balı ilə qiymətləndirilmişdir. 

Konfransda iştirak ödənişsizdir. 

Tədbirdə iştirak yalnız şəxsi dəvətnamə əsasında həyata keçiriləcək.  

Tədbirlə bağlı əlaqə: 051 232 66 64 

Qeydiyyat linki: https://forms.gle/3niPv3rzkKfQJNbEA

Proqramla tanış olmaq üçün link: : https://customshospital.az/25-oktyabr-regionda-ilk-meyitden-orqan-neqli-ugurlu-tecrubeden-geleceye-dogru/#gsc.tab=0

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment