"Regional" BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
17.10.2025
19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 24.10.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"Regional" BOKT MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2004023407
İstiqrazın növü və forması
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması
Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı
10,000 (ədəd)
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
1,000,000 manat
İllik gəlirlilik faizi
16%
Ödəmə periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir