Banklar


TuranBank 2025-ci ilin III rübünün nəticələrini elan edib
15.10.2025

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin III rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

2025-ci ilin III rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 5 % artaraq 893 mln. manata çatıb. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 9.1% və ya 59 mln. manat artaraq 711 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 368 mln. manat təşkil edib. Bankın fiziki şəxslərin depozitləri 20 mln. artaraq 386 mln. manat, olub ki, bu da müştərilərin Banka olan yüksək etimadının göstəricisidir.

O cümlədən ötən ilin analoji dövrü ilə müqayisədə TuranBank-ın əməliyyat mənfəəti 25% və ya 4 mln. manat artaraq 21.3 mln. manata, faiz gəlirləri 12.7% və ya 9 mln. manat artaraq 75 mln. manata, qeyri-faiz gəlirləri isə 16.8 % və ya 3 mln. artaraq 17 mln manata yüksəlib. Qeyd edək ki, Bank 2025-ci ilin III rübünü 1.6 mln manat xalis mənfəətlə başa vurub.

2025-ci il III rübü ərzində TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Belə ki, Bank Asiya İnkişaf Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramından (TSCFP) yararlanmağa başlayıb. Bununla yanaşı ölkəmizdə, xüsusilə regionlarda kiçik və orta biznesin, sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirmək məqsədilə TuranBank nüfuzlu BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu ilə 3 illik müddətə 15 milyon ABŞ dolları məbləğində yerli valyutada, ECO Ticarət və İnkişaf Bankı ilə 5 illik müddətə 5 milyon Avro həcmində, İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə  5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalayıb.

TuranBank-ın KOS sektorunun inkişafı istiqamətində atdığı səmərəli və davamlı addımlarının, eləcə də beynəlxalq maliyyə institutları ilə uğurla həyata keçirdiyi strateji tərəfdaşlıqlarının nəticəsidir ki, Bank Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan “11-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2025” (11th Trade and Supply Chain Finance Program Awards 2025) çərçivəsində “Ən Yaxşı KOS Maliyyələşməsi Layihəsi” (Best SME Deal of the Year) nominasiyasının qalibi elan edilib.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank

Bizimlə etibarlıdır...


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment