Banklar


Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayında - Dayan, Düşün, Dəqiqləşdir!
16.10.2025

Hər il oktyabr ayı dünyanın bir çox ölkələrində “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur. Bu çərçivədə cəmiyyətdə kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, vətəndaşlar və şirkətlər arasında kibergigiyena qaydalarının təşviq edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Son dövrdə ölkəmizdə də hər kəsi düşündürən vacib sual məhz budur - özümüzü kiberdələduzlardan necə qoruyaq? Bu istiqamətdə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının  dəstəyi ilə maliyyə qurumları tərəfindən bir çox maarifləndirmə layihələri həyata keçirilir. 

Mütəmadi olaraq kiberdələduzluğa qarşı çağırışlarla gündəmə gələn Kapital Bank Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayında da müştərilərini məlumatlandırmağa davam edir. “Dayan, Düşün, Dəqiqləşdir!” şüarı ilə müştərilərinə müraciət edən bank, hər kəsi real həyatda olduğu kimi rəqəmsal dünyada da diqqətli olmağa çağırır.

Dələduzların əsas məqsədi hədəf şəxsi həyəcanlandırmaq, təlaşlı vəziyyətə salmaq, qurbanlarına düşünmək üçün zaman vermədən özlərini həll təqdim edən şəxs kimi göstərib onları tora salmaqdır. Məhz bu zaman atılmalı olan ən vacib addım tələşlanmadan dayanmaq, düşünmək və dəqiqləşdirməkdir. Bunun üçün aşağıdakı məqamları bilmək olduqca vacibdir. 

Banklar adından edilən zənglərə qarşı diqqətli olun. Xüsusən də bu zənglər +994 kodu ilə başlamayan xarici ölkədən və ya “WhatsApp” kimi sosial şəbəkə hesablarından edilərsə. Unutmayın ki, bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici ölkədən zəng edə bilməz. Belə bir zəng almısınızsa və sizdən kartınızın üzərindəki 16 rəqəmli PAN nömrə, 3 rəqəmli CVV kod və ya mesajla göndərilən 4 rəqəmli birdəfəlik şifrə (OTP kod), şəxsiyyət vəsiqəsinin FİN kodu istənilirsə əmin ola bilərsiniz ki, siz bank əməkdaşı ilə yox, dələduzla danışırsınız. Bu zaman sizə göndərilən linklərə daxil olmaq qətiyyən olmaz. Əks halda telefonunuzun idarəsini itirmiş və dələduza telefonunuzdakı bütün proqramlardan, həmçinin də bank hesablarınızdan istifadə üçün icazə vermiş olacaqsınız. Kapital Bank bu mövzuda zəng edən əməkdaşın bank nümayəndəsi olub olmadığını yoxlamaq imkanı verir. Bu, Birbank mobil tətbiqindəki yeni funksionallıqla mümkündür. Belə ki, sizə Kapital Bank adından zəng gəldiyi halda zəng edən şəxsdən Birbank tətbiqinə bildiriş göndərməsini tələb edə bilərsiniz. Daha sonra mobil tətbiqə daxil olun. Zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş alacaqsınız. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Bu bildirişi aldığınız təqdirdə zəng edən şəxslə danışığınızı davam etdirə bilərsiniz. Əks halda zəngi dərhal sonlandırın.  Mobil tətbiq istifadəçisi olmayan şəxslərə isə eyni mesaj Birbank vasitəsilə sms-lə göndərilir. 

İnvestisiya təklifləri təhlükəli ola bilər. Dələduzlar xüsusən sosial şəbəkələrdə insanlarla əlaqəyə keçib müxtəlif investisiya üsulları təqdim edirlər. Bu zaman kiçik məbləğlər qarşılığında daha böyük məbləğlər vəd edilir. Bəzən bu məbləğlər göndərilsə də nəticədə bütün məbləğ mənimsənilir və vətəndaşlar aldadıldıqlarını anlayırlar. 

Kartın 3-cü şəxslərə verilməsi yolverilməzdir. Son zamanlar məlumatsız şəxslərin aldadılması və onlara məxsus bank kartlarının alınması ilə bağlı dələduzluq halları artıb. Belə ki, müxtəlif yollarla vətəndaşlara yaxınlaşan dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir. Bank kartını başqalarına verməyin təhlükəli nəticələri ola bilər. Hər şeydən öncə bu şəxsi məlumatların oğurlanması deməkdir. Bununla da dələduzlar məlumatını əldə etdiyi şəxsin maliyyə hesabına giriş əldə edə və onun bütün bank əməliyyatlarına nəzarət edə bilirlər. Belə hallarda adətən aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə əməliyyatları icra edilir. Xüsusən də qanunsuz yollarla əldə edilən, oğurluq  pulların izlərinin itirilməsində məhz bu kartlar istifadə edilə bilir. Həmçinin hər bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan əməliyyatlara qarşı cavabdehdir. Kartın başqasına verilməsi kart sahibinə hüquqi öhdəlik yaradır. 3-cü tərəfə verilən kartla hər hansı qanunsuz əməliyyat həyata keçirildikdə kart sahibi bu əməliyyatın nəticəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment