14 oktyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov, ABA-nın Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupunun sədri Tamerlan Rüstəmov və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri arasında görüş keçirilib.
Görüş zamanı banklar arasında agent bankçılıq sahəsində əməkdaşlıq imkanları və bu istiqamətdə aparılmış sorğunun nəticələri, habelə ölkəmizdə agent bankçılığın gələcək inkişaf perspektivləri müzakirə olunub.Tərəflər, həmçinin, agent bankçılığın tətbiqi ilə maliyyə xidmətlərinin əlçatanlığının artırılması, müştəri təcrübəsinin yaxşılaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.