Banklar


AccessBank 2025-ci ilin3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır
14.10.2025

Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2025-ci ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır. 

Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

Bank, 2025-ci ilin hesabat dövrünün nəticələrinə görə, 35.6 milyon manat xalis mənfəət əldə edib. Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 10.6% və ya 155.1 mln manat artaraq 1.6 mlrd. manatı keçib.

Sözügedən artımın əsas səbəbi kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki:

- Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 15.6% və ya 175.2 milyon manat artıb və hesabat dövrünün sonuna 1 296.9 milyon manat təşkil edib.

- Kredit portfelinin 76.8%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 995.8 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 13.9% və ya 121.5 milyon manat artıb.

- Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və hesabat dövrünün sonuna 1 045.1 milyon manat təşkil edir. 

- AccessBank hesabat dövründə beynəlxalq nüfuzlu xarici kreditorlardan 45.3 milyon manat ekvivalentində kredit cəlb etmişdir. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 145.7 mln manata çatmışdır.

- Əlavə olaraq, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 mln ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi cəlb edilmişdir. 

- 2025-ci ilin hesabat dövrü ərzində Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 29.5% və ya 50.5milyon artaraq 221.8 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 4.4 dəfə çoxdur. Artımın əsas səbəbi generasiya edilən mənfəət və kapital elementi olan xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.

- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.2% artaraq 187.1 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 11.2 milyon artaraq 114.2 milyon manat təşkil edir. 

- Xalis əməliyyat mənfəəti isə 2025-ci ilin hesabat dövrü ərzində 54.7 milyon manat təşkil edib. 

- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 67.68% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.3 dəfə yüksəkdir. 


AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment