Digər xəbərlər


Borc idarəçiliyində risklər azaldılıb, xəzinə vəsaitlərinin idarə olunmasında səmərəlilik artıb
14.10.2025

Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə olunması sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində borc portfelinin strukturunda risklərin azaldılması, borc dayanıqlığının gücləndirilməsi və uzunmüddətli sabitliyin təmin edilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Cari il ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində dövlət istiqrazlarının dövriyyə müddəti artırılıb. Eyni zamanda, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabında olan milli valyuta vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi mexanizminin tətbiqi büdcəyə əlavə gəlir gətirən effektiv alətə çevrilib.

Son illər investorların tələbatının əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi nəticəsində 2025-ci il 1 yanvar tarixinə dövriyyədə olan dövlət istiqrazları portfelinin 91,4 faizi 1–3 illik, 8,6 faizi isə 5–7 illik istiqrazlardan ibarət olub. Bu vəziyyət dövlət istiqrazları üzrə orta ödəmə müddəti (OÖM) göstəricisinin 1,47 ilə qədər azalmasına və ortamüddətli dövrdə dövlət istiqrazları üzrə əsas borc ödənişlərinin qısa müddətdə təmərküzləşməsi səbəbindən yenidən maliyyələşdirmə risklərinin artmasına gətirib çıxarıb.

Bu risklərin azaldılması məqsədilə həyata keçirilmiş tədbirlər çərçivəsində 1–3 illik dövlət istiqrazlarının bir qismi 7–10 illik dövlət  istiqrazları ilə əvəzləşdirilib. Nəticədə, 2025-ci il 1 oktyabr tarixinə dövlət istiqrazları portfelində 1–3 illik dövlət istiqrazların payı 60,6 faizə endirilib, 5–10 illik dövlət istiqrazlarının payı isə 39,4 faizə yüksəlib. Bununla da, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın 2022–2025-ci illər üzrə yenilənmiş məqsədlərinə uyğun şəkildə cari ilin ilk 9 ayı ərzində dövlət istiqrazları üzrə OÖM 2024-cü ilin sonuna nisbətən 2,4 dəfə artaraq 3,52 ilə çatdırılıb.

Eyni zamanda, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlir gətirilməsi məqsədilə 2025-ci ildən etibarən Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının milli valyutada olan vəsaitlərinin aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə xəzinə qalığının müəyyən hissəsinin kapitallaşma və aktivlərinin həcminə görə ən iri beş yerli bankda depozitə yerləşdirilməsi üzrə depozit hərracları keçirilir.

Xəzinə qalığının idarə edilməsi üzrə görülmüş işlər nəticəsində, 2025-ci il 1 oktyabr tarixinə milli valyutada olan xəzinə vəsaitləri üzrə 65,8 milyon manat, xarici valyutada olan vəsaitlər üzrə isə 9,3 milyon manat ekvivalentində olmaqla, ümumilikdə 75,1 milyon manat məbləğində faiz gəliri əldə edilib. Bu göstərici 2024-cü il ərzində xəzinə vəsaitlərinin idarə olunmasından büdcəyə daxil olan 17,5 milyon manatla müqayisədə təxminən 4,3 dəfə çoxdur.

Beləliklə, həyata keçirilən tədbirlər dövlət borcunun idarə olunmasında risklərin azaldılmasına, borc portfelinin dayanıqlılığının möhkəmləndirilməsinə və eyni zamanda dövlət büdcəsi vəsaitlərinin idarə edilməsində gəlirliliyin artırılmasına mühüm töhfə verib.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment