"AFB BANK" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
14.10.2025
10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AFB BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 15.10.2025-ci il tarixində başlayıb, 24.10.2025-ci il tarixində bitəcəkdir.
AZ2001008591 İSİN kodlu istiqrazların yerləşdirilməsi 27 oktyabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"AFB BANK" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2001008591
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Abunə Yazılışı
İstiqrazların sayı
50,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
5,000,000 manat
İllik gəlirlilik faizi
13%
Ödəmə Periodu
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayının başa çatmasından 3 gün gec olmayaraq ödəniləcəkdir