4–5 oktyabr tarixlərində Gülüstan Sarayında keçirilən Occupational Aesthetic Congress 2025 yüksək səviyyədə başa çatıb. “Facemark” və “SMEX” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutan tədbir estetik tibb və dermatologiya sahəsinin ən nüfuzlu yerli və beynəlxalq mütəxəssislərini bir araya gətirib.


Tədbirin baş sponsoru "Anka West" şirkəti, ana sponsorlar "FILLMED Laboratories", "Erdağı Medikal" və "Mezoklinik", digər sponsorlar isə "Floraison", "Life Line Beauty Company", "Nurederm", “Estetik Dermal”, "Baku Medical Plaza", "Cosmendy Azərbaycan" və "Exclusive Travel" təşkilatları olub.
Tədbir Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Rəsmi açılış mərasimində “SMEX” şirkətinin təsisçisi və Konqresin baş koordinatoru Sübhan Məmmədov, eləcə də Türkiyədən dəvət olunmuş mütəxəssis Dr. Ali Şahan açılış nitqi ilə çıxış edərək konqresin məqsədlərindən, estetik tibb sahəsində bilik və təcrübə mübadiləsinin əhəmiyyətindən, həmçinin Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın güclənməsindən danışıblar.
4 və 5 oktyabr tarixlərində keçirilən Occupational Aesthetic Congress 2025 iki gün ərzində estetik tibb sahəsinin ən önəmli mövzularını bir araya gətirib. Tədbir çərçivəsində həm nəzəri, həm də praktiki sessiyalar təqdim olunub, yerli və beynəlxalq mütəxəssislər öz təcrübələrini iştirakçılarla bölüşüblər.
İlk gün ərzində üz anatomiya quruluşu, təhlükə zonaları və dolğu texnikaları kimi mövzulara toxunulub, canlı tətbiqlər vasitəsilə praktiki bacarıqlar nümayiş etdirilib. Həmçinin, kadavra diseksiyonu üzərindən aparılan tədris sessiyaları böyük maraq doğurub. Dr. Ali Şahan sosial media idarəetməsi mövzusunda çıxış edərək, tibbi mütəxəssislərin rəqəmsal platformalarda daha effektiv şəkildə təmsil olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, iki gün davam edən konqres iştirakçılara sahənin son trendləri ilə tanış olmaq və praktiki bacarıqlarını artırmaq imkanı yaradıb.