İqtisadiyyat Nazirliyində İslam İnkişaf Bankının Baş katibi ilə görüşdə iqtisadi əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İslam İnkişaf Bankının Baş katibi Riad Raqib Əhmədlə görüşüb.
Görüşdə Azərbaycanın İİB-lə əməkdaşlığının uğurlu inkişafından məmnunluq ifadə olunub. Səmərəli əməkdaşlığın ölkəmizdə biznes mühitinin inkişafına, sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorunda investisiya imkanlarının artırılmasına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üçün nəzərdə tutulan İllik Toplantılarının Bakıda keçirilməsinin Qrupa üzv ölkələr arasında regional və beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsində önəmi vurğulanıb. Tədbirlərin İslam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə, eləcə də Azərbaycanın iqtisadi və investisiya potensialının beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfə verəcəyi nəzərə çatdırılıb.
Tərəflər iqtisadiyyat və maliyyə sahələrində tərəfdaşlığın möhkəmləndirilməsi, prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.