Banklar


Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb
07.10.2025

Mərkəzi Bank “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir. Strategiyanın fəaliyyət planında “Rəqəmsal maliyyə” təşəbbüsü çərçivəsində “Açıq bankçılıq” yanaşmasının tətbiqi strateji prioritetlərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən “Açıq bankçılıq” yanaşmasını tənzimləyən normativ aktlar və texniki platforma hazırlanıb.

Eyni zamanda kommersiya banklarının qeyd edilən platformaya inteqrasiyası işləri davam etdirilib. Hazırda 6 kommersiya bankı inteqrasiyanın yekun mərhələsindədir, aşağıda qeyd olunan 13 kommersiya bankı isə inteqrasiya işlərini tam yekunlaşdırıb:


“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB)

“AFB Bankı” ASC

“Azərbaycan Sənaye Bankı” ASC (ASB)

“Azər Türk Bank” ASC (ATB)

“Bank of Baku” ASC

“Bank Respublika” ASC

“Kapital Bank” ASC

“TuranBank” ASC

“Yapı Kredi Bank Azərbaycan” QSC

“Yelo Bank” ASC

“BANK VTB (Azərbaycan)” ASC

 “Premium Bank” ASC

“Xalq Bank” ASC

 

Bundan əlavə, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Turan Bank” ASC “Açıq bankçılıq” funksionallığını mobil tətbiqlər vasitəsilə öz müştərilərinə təqdim ediblər. Bu mobil tətbiqlər vasitəsilə bank müştəriləri üçün onların razılığı əsasında digər banklarda olan hesabları və hesab üzrə ödəniş əməliyyatları haqqında məlumatları vahid bir tətbiq üzərindən əldə etmək imkanları yaradılıb.

Cari ilin sonunadək “Açıq bankçılıq” platformasının əhatə dairəsinin genişlənməsi və digər kommersiya bankları, ödəniş təşkilatları və elektron pul təşkilatlarının da bu platformaya qoşulacağı nəzərdə tutulur.

Xatırladaq ki, “Açıq bankçılıq” yanaşması banklararası və maliyyə texnologiyaları ekosisteminin daha sıx inteqrasiyasını təmin edir, ölkədə rəqəmsal transformasiya prosesini sürətləndirir və maliyyə xidmətlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə sadələşdirir. Eyni zamanda, bu model bazarda rəqabətyönümlülüyü artırır: banklar və fintexlər daha innovativ məhsullar hazırlamağa, müştəriyə daha rahat və sərfəli xidmətlər təqdim etməyə təşviq olunurlar.

Beləliklə, “Açıq bankçılıq” yanaşmasının ölkəmizdə tətbiqi maliyyə bazarının dayanıqlı inkişafına, rəqəmsal bankçılıq məhsullarının və müştəriyönümlü yanaşmanın genişlənməsinə mühüm töhfə verəcəkdir.

“Açıq bankçılıq” yanaşması haqqında daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar: https://fintech.cbar.az/open-banking


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment