Banklar


Mərkəzi Bankda “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun üçüncü iclası keçirilib
06.10.2025

Mərkəzi Bankda oktyabr ayının 6-da “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun üçüncü iclası keçirilib.

Mərkəzi Bankın sədri, alt işçi qrupun rəhbəri Taleh Kazımov görüşdə çıxış edərək makroiqtisadi dayanıqlılıq istiqaməti üzrə strateji tədbirlərin müəyyənləşdirilməsi, onların aralıq və yekun hədəflərinin formalaşdırılması, müvafiq tədbirlərin əsaslandırılması və tələb olunan maliyyə ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı görülən işləri müsbət qiymətləndirib.

Ümumilikdə, o, beynəlxalq təcrübə və yerli xüsusiyyətlər nəzərə alınmaqla təklif olunan tədbirlərin ölkədə makroiqtisadi dayanıqlığın gücləndirilməsi, maliyyə sabitliyinin daha da artırılması, həmçinin maliyyə sektorunun inkişaf etdirilərək iqtisadi artımda rolunun gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Görüş zamanı işçi qrupunda makroiqtisadi sabitlik və maliyyə sektorunun inkişafı ilə bağlı bəzi tədbirlərin dəqiqləşdirilməsi üzrə müzakirələr aparılıb və bu tədbirlər üzrə müzakirələrin işçi qaydasında aparılması tövsiyə olunub.

Sonda Taleh Kazımov çıxış edərək işçi qrupunun üzvlərinə təklif olunan tədbirlər üzrə müzakirələri yekunlaşdıraraq onların əsaslandırmalarını hazırlamağı və tələb olunan zəruri maliyyə vəsaitini müəyyən etməyi tapşırıb. 

Taleh Kazımov bildirib ki, növbəti həftələrdə işçi qrupunun təklif etdiyi tədbirlər icraçı statusunda olan digər qurumlara da rəy üçün göndəriləcək. O, həmçinin işçi qrupunun işlərinin cari ayın sonuna qədər yekunlaşdırılaraq təqdim olunmasının hədəfləndiyini qeyd edib.

Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupu Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment