Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında “Ortopediya və Tibbi Reabilitasiyada Müasir Yanaşmalar” mövzusunda Elmi-praktiki seminar keçirilib
06.10.2025

4 oktyabr 2025-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Florence Healthcare İnternational Qrupun dəstəyi ilə “Ortopediya və Tibbi Reabilitasiyada Müasir Yanaşmalar” mövzusunda Elmi-praktiki seminar həyata keçirilib. 

Seminarda Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev, müavinləri Nabil Seyidov və Nahidə Mahmudova, Travmatologiya və Ortopediya şöbəsinin rəisi, travmatoloq Ramin Rzayev, Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Səidə Kərimova, İstanbul Florence Nightingale Xəstəxanalar Qrupunun Travmatologiya və Ortopediya şöbəsinin müdiri, travmatoloq-ortoped Prof. Dr. Azmi Hamzaoğlu, tibb bacısı Özlem Babadağ və Beynəlxalq şöbənin regional direktoru Fuad Ağazadə, o cümlədən müxtəlif tibb müəssisələrinin aparıcı mütəxəssisləri, həkimlər və rezidentlər iştirak ediblər.

Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev salamlama nitqi ilə çıxış edərək Hospital ilə Florence Healthcare İnternational Qrup arasındakı davamlı və peşəkar əməkdaşlıq barədə ətraflı məlumat verib. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən elmi və sosial tədbirlərin vacibliyindən bəhs edən B.Musayev gələcək fəaliyyətlərin də uğurla davam etdiriləcəyinə inandığını söyləyib. 

Seminar zamanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov da çıxış edərək Türkiyə və Azərbaycan arasında bütün sahələrdə olan dostluq və əməkdaşlıq münasibətlərinin vacibliyini qeyd edib. O, mövzunun sosial əhəmiyyəti barədə də fikirlərini bölüşərək, auditoriyanı aktiv iştirakçılığa dəvət edib. 

Daha sonra İstanbul Florence Nightingale Xəstəxanalar Qrupunun Travmatologiya və Ortopediya şöbəsinin müdiri, travmatoloq-ortoped Prof. Dr. Azmi Hamzaoğlu təcrübəsində rastlaşdığı klinik hallar, həyata keçirdiyi mürəkkəb əməliyyatlar barədə geniş təqdimatla çıxış edib və skoliozun ağırlaşma və fəsadları barədə həkim və rezidentlərin suallarını cavablandırıb.

Seminarın sonunda Mərkəzi Gömrük Hospitalı tərəfindən qonaqlara təşəkkürnamələr təqdim edilib. Seminar qrup şəklinin çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, seminardan sonra Prof. Dr. Azmi Hamzaoğlunun iştirakı ilə şəhid və qazi ailələrinin ödənişsiz tibbi müayinəsi həyata keçirilib. 15 pasiyent müvafiq olaraq müayinədən keçərək zəruri tibbi məsləhətləri alıblar.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment