Digər xəbərlər


“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ikigünlük beynəlxalq elmi konfrans keçirilib
06.10.2025

Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunda Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub. Konfrans İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutu (İKSAD), Tekirdağ Namık Kamal Universiteti, Tokat Gaziosmanpaşa Universiteti ve İstanbul Gelişim Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri professor Şahin Sadıqov təkrar emal iqtisadiyyatı və davamlılıq siyasətlərinin müasir iqtisadi inkişafın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, qabaqcıl təcrübələrin paylaşılmasının və birgə təşəbbüslərin reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Təkrar emal iqtisadiyyatı, yaşıl inkişafın qlobal çağırışların mərkəzində olduğunu qeyd edib. Davamlı inkişafın əsas prioritetlərindən biri olan təkrar emal siyasətinin həm ekoloji təhlükəsizliyin təmin olunmasına, həm də resurslardan səmərəli istifadəyə mühüm töhfə verdiyi bildirilib. 

Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli, Türkiyənin Tekirdağ Namık Kemal Universitetinin  professoru Durmuş Çağrı Yıldırım, İKSAD İnstitutunun Elmi Komitə sədri professor Salih Öztürk, İstanbul Gelişim Universitetinin “Davamlı Ətraf Mühit və Cəmiyyət üzrə Tətbiq və Araşdırma” Mərkəzinin direktoru Başak Özarslan Doğan təkrar emalın qlobal gündəmdə artan əhəmiyyəti, tullantıların idarə olunmasında innovativ yanaşmaların tətbiqi, yaşıl iqtisadiyyat modelinin formalaşmasında təhsil və elmi tədqiqatların rolu barədə mülahizələrini bildiriblər. 

Paralel olaraq canlı və onlayn təşkil olunan 5 sessiyada məruzəçilər plastik tullantıların idarə olunması, dairəvi iqtisadiyyat, bərpa olunan enerji istehlakı, dayanıqlı iqtisadi inkişaf, innovativ tullantı emalı texnologiyaları kimi mövzular ətrafında təqdimatlarla çıxışlar ediblər, elmi müzakirələr aparılıb və qarşılıqlı fikir mübadiləsi həyata keçirilib. 

Beynəlxalq Elmi Konfransın ikinci günü Mingəçevir Dövlət Universitetində (MDU) sessiyalar təşkil olunub. Canlı və onlayn formatda baş tutan sessiyalarda Azərbaycanla yanaşı, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının alim və tədqiqatçıları, həmçinin MDU əməkdaşları məruzələrlə çıxış ediblər.

Sessiyalarda təkrar emal iqtisadiyyatının müasir çağırışları, yaşıl inkişaf modeli, davamlılıq siyasəti, ekoloji təhlükəsizlik və sosial-iqtisadi inkişafda innovativ yanaşmalar mövzularında elmi müzakirələr aparılıb. Məruzəçilər qlobal iqlim dəyişiklikləri fonunda alternativ enerji, tullantıların idarə olunması və dairəvi iqtisadiyyatın tətbiqi imkanları ilə bağlı əldə etdikləri elmi nəticələri bölüşüblər.

Ümumilikdə, konfransa 100-dən çox tədqiqatçı tərəfindən tezis və məqalələr təqdim olunub. Konfransın mövzusu ətrafında Azərbaycan, türk və ingilis dillərində toplanan tezis və (ya) məqalələr 25 oktyabr 2025-ci il tarixində həm kitab şəklində, həm də "Journal of Recycling Economy & Sustainability Policy (RESP)" adlı beynəlxalq jurnalda nəşr olunacaqdır.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment