6 oktyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “ESİ və Dayanıqlı bankçılıq üzrə Ekspert Qrupu” ilə PwC şirkəti arasında onlayn formatda görüş keçirilib.
Görüş zamanı bank sektorunda ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə (ESG) istiqamətlərində beynəlxalq təcrübə, ESG prinsiplərinin tətbiqi və hesabatlılıq məsələləri müzakirə olunub.
Həmçinin, tərəflər arasında ESG sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən PwC-nin bu istiqamətdə dəstək potensialı barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.