Fond birjası


Bakı Fond Birjası UNEC-də CFA İnstitutu ilə tərəfdaşlıq proqramını təqdim edib
06.10.2025

24 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjası CFA İnstitutu ilə tərəfdaşlıq çərçivəsində UNEC tələbələrinə maliyyə və investisiya sahəsində peşəkar inkişaf üçün yeni imkanları təqdim edib. Bu təşəbbüs çərçivəsində tələbələrə CFA Institute Investment Foundations® Sertifikatı və H.Z. Tağıyev Təqaüd Proqramı təqdim olunub.

Tədbirdə CFA İnstitutunun nümayəndələri tələbələrə qlobal maliyyə sisteminin quruluşu, etik öhdəliklər və investisiya sahəsi barədə əsas bilikləri əhatə edən Investment Foundations® Sertifikatı proqramını təqdim ediblər. Maliyyə, iqtisadiyyat və ya biznes sahəsində karyera qurmaq istəyən tələbələr üçün nəzərdə tutulan bu proqram, xüsusi təşəbbüs çərçivəsində tələbələrə standart 350 ABŞ dolları əvəzinə cəmi 79 ABŞ dollarına təqdim olunur.

Proqramı uğurla başa vuran tələbələr, Bakı Fond Birjasının təşəbbüsü ilə həyata keçirilən Hacı Zeynalabdin Tağıyev adına Təqaüd Proqramı çərçivəsində tam ödənişli CFA Level I imtahanına müraciət etmək imkanı qazanacaqlar. Təqaüd Proqramı barədə məlumatı BFB-nin İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin rəhbəri Səbinə Atayeva təqdim edərək proqramın əsas məqsədlərini diqqətə çatdırıb.

Proqramın H.Z. Tağıyev adını daşıması təsadüfi deyil. Azərbaycanın görkəmli xeyriyyəçisi və maarifpərvəri olan H.Z. Tağıyev öz dövründə təhsil və mədəniyyətin inkişafına xüsusi töhfələr vermişdir. Onun şəxsi vəsaiti hesabına Cənubi Qafqazda ilk qız məktəbi inşa edilmiş və ölkənin maarifləndirici həyatında mühüm dönüş nöqtəsi yaranmışdır. Bundan əlavə, H.Z. Tağıyev Azərbaycanın kapital bazarı tarixində də xüsusi rol oynamışdır. Belə ki, XX əsrin əvvəllərində Bakıya Şollar su kəmərinin tikintisi və maliyyələşdirilməsi məhz onun təşəbbüsü və kapital bazarı vasitəsilə istiqraz buraxılışı hesabına həyata keçirilmişdir.

Bakı Fond Birjası bu təşəbbüslə H.Z. Tağıyevin irsini yaşatmağı və maliyyə sahəsində yeni nəsil peşəkarların yetişdirilməsini hədəfləyir. H.Z. Tağıyev Təqaüd Proqramı tələbələrin bilik və bacarıqlarının inkişafına, ölkədə CFA dərəcəsini daşıyan peşəkarların sayının artmasına və Azərbaycanın kapital bazarlarının davamlı inkişafına mühüm töhfə verəcəkdir.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment