"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
06.10.2025
25 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 10.10.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"FINCA Azerbaijan" MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2010019209
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı
30,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
3,000,000 manat
İllik gəlirlilik faizi
15%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir