Digər xəbərlər


Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupu Qazaxıstana səfər edib
03.10.2025

22–24 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Assosiasiyanın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun Qazaxıstan Respublikasına səfəri baş tutmuşdur.

Səfərin məqsədi rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizənin daha təkmil formada təşkili, bu sahədə beynəlxalq trendlər və qabaqcıl təcrübələrin öyrənilməsi olmuşdur.

Görüşlər zamanı nümayəndə heyəti Qazaxıstan Respublikasının Milli Bankı, Maliyyəçilər Assosiasiyası, Qazaxıstanın Halyk  Bankı, Bank RBK, Bank HomeCredit, Kaspi Bank, Alatau City Bank, Qazaxıstan Fintex Assosiasiyası, eləcə də ödəniş ekosisteminin əsas iştirakçıları, o cümlədən “Visa Inc.” beynəlxalq ödəniş sistemi və fintex şirkətləri ilə bir araya gəlmişdir.

– Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla yaxından tanış olmuşdur:

– Bank səviyyəsində və koordinasiya olunmuş formada fırıldaqçılıqla mübarizə prinsipləri

– Mərkəzləşdirilmiş məlumat bazalarının mövcudluğu və iş mexanizmi

– Ödəniş ekosistemində rast gəlinən fırıldaqçılıq hallarına qarşı preventiv tədbirlər

– Tənzimləyici qurumların rolu və funksiyaları

– Risklərin idarə olunması üzrə tətbiq edilən ssenarilər

– Əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər

– Görüşlərdə geniş fikir mübadiləsi aparılmış, bankların və fintex şirkətlərinin qabaqcıl təcrübələri öyrənilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment