Şamaxı Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə ARPA İctimai Birliyinin iştirakı ilə Şamaxı şəhərində Dağlıq Şirvan Regionu üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların baş mühasibləri ilə görüş keçirildi.
Tədbir zamanı Maliyyə Elm-Tədris Mərkəzinin əməkdaşları Peşəkar Mühasib Sertifikasiyası (PMS) haqqında ətraflı məlumat təqdim edərək, yeni mexanizmlərin tətbiqi və praktik əhəmiyyətindən danışıblar.
Görüşdə iştirak edən ARPA İB-nin sədri Günay Şahbazova təşkilatın fəaliyyəti, Peşəkar Mühasib Üzvlüyü, ARPA-nın beynəlxalq tərəfdaşları, təlim proqramları və sertifikasiya xidmətləri barədə iştirakçılara geniş təqdimat edib.
Tədbir mühasiblərin peşəkar biliklərinin artırılması, müasir tələblərə uyğunlaşdırılması və region üzrə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Əlaqə vasitələri: 055 202 93 43
Email: office@arpa.org.az